Arxiv
3 mart 2021, 09:30 | REPORTAJ
Xüsusi təyinatlı döyüşçü: “Mənə nəsə olsaydı, üç qızım “Vətən sağ olsun” deyəcəkdi” - FOTOLAR

İkinci Qarabağ Müharibəsində iştirak edən yüzlərlə könüllü döyüşçü qəhrəmanlıq göstərməklə ad-san qazandı, orden və medallarla təltif olundur.

Modern.az saytı Vətən Müharibəsində iştirak etmiş belə döyüşçülərdən daha birini oxuculara tanıdır.

Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Emin Tahirzadə hazırda da xidmətə davam edir. Eminin sözlərinə görə, 44 günlük Vətən savaşından öncə hər zaman döyüşlərdə iştirak etməklə bağlı xəyalları olub:


“Qarabağın itkisi ilə barışa bilməzdik”

“1996-cı ildən hərbidə xidmətdəyəm. Öz istəyimlə hərb sahəsinə gəldim. Hər kəsə bəllidir ki, hərb sahəsini seçənlərin daxilində vətən sevgisi güclü olur. Məhz həmin sevgi bizi bu sahəyə  gətirir. Hərbin öz qayda-qanunları var. O qaydalara tabe olanda hər şey normal olur. Təbii ki, İkinci Qarabağ müharibəsinin nə vaxt başlayacağını bilmirdim. Bu barədə heç bir məlumatım yox idi. Ancaq Qarabağın azadlığı üçün döyüş məqamının gələcəyini hiss edirdim. Əmin idim ki, nə zamansa biz Qarabağın azadlığı uğrunda meydanlara axışacağıq. Çünki biz heç zaman Qarabağ itkisi ilə barışa bilməzdik. Şəhidlərimizin ruhu bizi heç vaxt bağışlamazdı”.


“Əsgərlərimizin döyüş əhvalı yüksək idi”

Qəhrəmanımız deyir ki, döyüş əmri veriləndə artıq xəyalların gerçəkliyə yaxınlaşdığını anlayıb:


“Bizə döyüşmək əmri verildi. Təbii ki, biz də o əmri qürurla icra etdik. Döyüş arenamız geniş oldu. Füzuli rayonunun Alxanlı kəndindən başlayıb Cəbrayıl, Zəngilan, Laçın və Qubadlı  uğrunda savaşdıq, nəhayət Şuşada dayandıq.
Əsgərlərimizin  döyüş əhval-ruhiyyəsi yüksək idi. Hər kəs sidq ürəklə döyüşürdü. Hərbçi olduğum üçün döyüş yoldaşlarımın müharibə ilə bağlı əhvalını bilirdim. Amma heç hərbçi olmayan oğullarımızda da döyüş əzminin daha yüksək olduğunu görəndə qürur duyurdum”.


“Ailəm “Vətən sağ olsun” deyəcəkdi”"


Üç qız övladı böyüdən qəhrəman ata deyir ki, ailəsi onun müharibədə iştirakını normal qarşılayıb:


“Böyük qızım tələbə, o biri qızlarım isə məktəblidir. Böyük uşaqların müharibə barədə düşüncələri və yanaşmaları fərqli olur. Həyatı sərbəst formada dərk edə bilirlər. Qızlarım ataları ilə qürur duyurdular. Mən müharibəyə gedən kimi bayrağımızı pəncərəmizin üzərində asmışdılar. Evə qayıdanda üçrəngli bayrağımızı görəndə qürur hissi yaşadım. Müharibə dəhşətli hadisədir. Müharibədə bir işartı olanda insan sevinir. Ancaq döyüşə gedən əsgər hər çətinliyi gözə alır. Mənim də ailəm müharibə ilə bağlı nə varsa, hamısını gözə almışdı. Elə ailələr var ki müharibədə olan yaxınlarına görə nigaran qalırlar. Ancaq bizim ailədə hər kəs güclü olduğu qədər, hər şeyə də hazır idi. Mənə nəsə olsaydı  “Vətən sağ olsun” deyəcəkdilər”.


“Atam dedi ki, “Oğul, get qeyrətimizi qoru!””

Hərbçi ailəsində böyüyən Emin Tağızadə atasının ona verdiyi tövsiyədən də söz açıb:


“Bizim ailə hərbçi ailəsidir. Babam 1941-45-ci ildə olan İkinci Dünya müharibəsinin, atam isə Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Atam danışır ki, Birinci Qarabağ savaşı  44 günlük Vətən müharibəsindən xeyli fərqli idi. Bu baxımdan ki, o zaman güclü ordumuz yox idi. İkinci Qarabağ müharibəsi başlayanda atam mənə uzun məsləhətlər vermədi. Yalnız bunu dedi: “Vətən anadır. Ana da qeyrətimizdir. Oğul, get vətənimizi, qeyrətimizi qoru”.


“Ölüm gözlə qaş arasındadır”

Qəhrəmanımız döyüş vaxtı şəhid olan yoldaşlarından da danışıb:

“Müharibə vaxtı xeyli yaxın dostlarım şəhid oldu. Çörək kəsdiyim dostumun şəhid olması məni çox üzdü. Ancaq “Vətən sağ olsun!” dedik. Belə bir atalar sözümüz var: “Ölüm qaşla göz arasındadır”. Doğru fikirdir. Müharibədə bunun şahidi olmaq və bu hissləri yaşamaq isə ağırdır. Heç gözlənilməyən yerdən ölüm insanı ağuşuna ala bilər. Müharibə gedən ərəfədə söhbət etdiyimiz qəhrəman oğlanlar bir saniyənin içində şəhidlik zirvəsinə yüksəlirdi. Ermənilər snayperdən daha çox istifadə edirdilər. Döyüş vaxtı mən də tank mərmisindən yaralandım. Beyin silkələnməm oldu”.


“Şuşaya daxil olanda ilk düşündüyüm şey məscidi görmək idi”

Xüsusi Təyinatlı Qüvvələrin çavuşu bəzi məqamlara da toxunub:

“Hadrut rayonunun Şur kəndi uğrunda qızğın döyüş gedirdi. İgid oğullarımızn sayəsində Hadruta daxil olmuşduq. Orada daimi yaşayış olduğundan evlər çox idi. Bəzi ermənilər silahları atım qaçsalar da, bəziləri evlərin zirzəmisində gizlənmişdi. Ən pisi o idi ki, erməni döyüşçülərlə qəfil zirzəmidə rastlaşdım. Evə daxil olanda altda tunel vardı. Düzdü, öncədən evin altında tunel olması barədə məlumat verilmişdi. Ancaq tam dəqiqliklə orada ermənilərin olacağını düşünmürdük.  Erməni kəşfiyyatçılarla üz-üzə gələndə hər iki tərəf silahlı idi. Dərhal atəş açıb kəşfiyyatçılardan birini vurdum.

Şuşada oğullarımız sidq ürəklə döyüşüb. O cəsarəti, əzmi, döyüş ruhunu sözlə ifadə etmək o qədər də asan deyil. Topxana meşəsindən keçmək çox çətin idi. Mən və döyüş yoldaşlarım günlərlə meşədə qalmışıq. Bakıdan  bizə şorqoğalı göndərilmişdi. 2 günü döyüş yoldaşlarımızla 1 litr su, 12 ədəd şorqoğalı ilə yola vermişik. Şuşaya girəndə ilk düşündüyüm şey məscidi görmək idi. Şuşanı dağılmış, viran qalmış formada təsəvvür edirdim. Çünki Cəbrayıl tam, Zəngilan və Qubadlının isə bir çox  kəndləri xarabalığa çevrilmişdi. Ancaq Şuşaya daxil olanda məscidin restavrasiya olunmuş halını gördüm. Ən maraqlısı isə yoldaşlarımızın Şuşa məscidində azan verməsi idi. Azan səsinə o qədər sevindik ki!”.


Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Emin Tahirzadə onu da deyib ki, müharibə yekunlaşandan sonra adını “Şücaətə görə” medalına təqdim ediblər, amma hansısa səbəblərdən təltif olunanlar siyahısına düşməyib ki, bu da döyüşçünü çox üzüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07 “ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu   20 Aprel 2021, 23:58 “Mançester Yunayted”in prezidenti istefa verdi 20 Aprel 2021, 23:53 Avropa Super Liqası ləğv olundu? 20 Aprel 2021, 23:42 Rusiya MN-dən Xudavəng AÇIQLAMASI 20 Aprel 2021, 23:27 Litvada naməlum koronavirus mutasiyası tapıldı 20 Aprel 2021, 23:11 Türkiyədə virusdan ölüm sayında yeni REKORD 20 Aprel 2021, 22:59 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı 20 Aprel 2021, 22:45 İngiltərənin 2 klubu Avropa Super Liqasını tərk edəcək? 20 Aprel 2021, 22:39 Əli Əsədov Rusiyaya dəvət olundu 20 Aprel 2021, 22:25 Daşkəsəndə ağır qəza - xəsarət alanlar var 20 Aprel 2021, 22:11 İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi - YENİLƏNİB 20 Aprel 2021, 21:59 Turan Bayramov Avropa ikincisi oldu 20 Aprel 2021, 21:49 Prezident "Qarasu" yarımstansiyasının açılışında - YENİLƏNİB 20 Aprel 2021, 21:41 Zəngilanda hava limanı tikiləcək   20 Aprel 2021, 21:35 Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00