Modern.az

Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO

Aktual

7 Mart 2021, 20:33

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Nurlan Mustafayevin anası Rahilə Mustafa qızı Ramazanova ilə görüşüb.

 

Modern.az xəbər verir ki, millət vəkili şəhd anası ilə görüşündə ürək sözlərini bölüşüb: 

 

"Əziz şəhid anası. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də  başlanan Vətən Müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub, Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Nurlan Mustafayev "Azərbaycan Bayrağı" ordeni, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nurlan Mustafayev kimi peşəkar zabitlərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk"!

 

Şəhid kapitanın anasına Mədəniyyət komitəsi adından Məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

 

Qeyd edək ki Nurlan Mustafayev 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə, 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində, 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil almışdı.

Ruhu şad olsun!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir