Modern.az

Gecə saat 12-dən sonra çayxana işlətdi - 16 nəfər cərimələndi

Gecə saat 12-dən sonra çayxana işlətdi - 16 nəfər cərimələndi

Aktual

8 Mart 2021, 09:43

Lənkəranda karantin qaydalarını pozan daha üç obyekt aşkarlanıb, 16 nəfər cərimələnib.

 

DİN-dən Modern.az-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir bilyard zalı, bir oyun zalı və bir çayxananın karantin rejimi qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

 

Həmin obyektlərlə bağlı 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub