Arxiv
22 mart 2021, 08:51 | DİASPOR
Diasporumuz Qarabağdakı erməni vəhşiliyini dünyaya necə çatdırır…

İşğaldan azad edilən Azərbaycan torpaqlarında hər addımbaşı erməni vandalizminin qalıqlarına rast gəlmək mümkündür. Bu vəhşiliyin bütün dünyanın diqqətinə çatdırılmasının vacibliyini nəzərə alsaq, Azərbaycan diasporunun da qarşısında müəyyən vəzifələr durduğunu qeyd edə bilərik.

Bəs diaspor rəhbərləri təmsil etdikləri ölkələrdə erməniləri törətdiyi vandalizmi insanlara necə çatdırırlar?

Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki rəhbərləri fikirlərini Modern.az-la bölüşüblər.


Azərbaycanın İsveçrədəki Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirovun sözlərinə görə, əzəli torpaqlarımız azad ediləndən sonra orada  törədilən vəhşiliyi görmək adamı dəhşətə gətirir:


“Torpaqlarımızda törədilən vandalizmi müxtəlif yollarla insanlara çatdırmağa çalışırıq. Qəzetlərə bilgi, radiolara müsahibə verir, flayerlər düzəldərək tanıdığımız, bildiyimiz təşkilatlara, qurumlara göndərir, məlumatları ictimailləşdirməyə çalışırıq. Keçirdiyimiz tədbirlərdə yerli əhali iştirak etdiyi zaman digər vacib bilgiləri onlara çatdırmağa çalışırıq. Əlimizdən gəldiyi qədər bu işləri davam etdirəcəyik.
Torpaqlarımızda törədilmiş vəhşiliklər, insaniyyətdən uzaq olan hərəkətlər mütləq qınanmalıdır. Buna görə qonşu dövlət məsuliyyət daşıyır”.


Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova
deyib ki, Diasporla İş Üzrə Dövlət Komitəsinin və özünün paylaşdığı şəkilləri, məlumatları maksimum şəkildə sosial şəbəkələrdə yaydığını bildirib:


“Məşhur fotoqraf Reza Deqatinin paylaşımlarını və müsahibələrini Fransadakı diaspor nümayəndələri və burada fəaliyyət göstərən təşkilatlarımız maksimum dərəcədə sosial şəbəkələrdə yaymağa çalışırlar. Keçən ildən başlayaraq artıq bir il olacaq ki, karantin rejiminə görə tədbir keçirmək icazəmiz yoxdur. Ona görə də bizim gücümüz ancaq sosial şəbəkələrə və mediaya çatır. Bu sahədə də işlərimizi davam etdirəcəyik”.


Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva həm diaspor nümayəndəsi, həm də qarabağlı olaraq erməni vandalizmini hər zaman dilə gətirəcəyini qeyd edib:


"Bakıda anadan olmağıma baxmayaraq, əslən Qarabağın Ağdam şəhərindənəm. Bizim hər ilimiz Ağdamda nənələrimizin, qohumlarımızın yanında keçib.

Ağdamdakı evlərin vəziyyəti bir dəqiqə olsa belə, gözümün önündən getmir. Mən ən son 16 yaşımda Ağdamda olmuşam. O evlərdən əsər-əlamət qalmayıb. Bizim yurdumuzu-yuvamızı viran qoyublar.

Çalışıram ki, olanları hər kəsə anlada bilim. Pandemiya səbəbindən tədbir keçirə bilmirik. Ancaq onlayn nəsə edə bilirik. Partiyalarla da görüşlərimiz olub. Birində mən özüm də iştirak etmişəm. Həmin görüşdə Kəlbəcərdən çıxmaq üçün ermənilərə verilən 10 günlük vaxtda oranı nə vəziyyətə qoyduqlarını müzakirə etdik. Hər şeyi söküb aparmışdılar. Bundan sonra da bu işləri davam etdirəcəyik”.


Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucusu Eldar Tağıyev
pandemiya şəraitinə görə insanları ancaq sosial şəbəkələr vasitəsilə bilgiləndirdiyini söyləyib:


“Pandemiya şəraitinə görə kütləvi tədbirlər, konfranslar keçirmək mümkün deyil. Universitetlərdə dərslər keçirilmir. Dünyaya çıxış yolumuz təkcə sosial mediadır.

Mən hər gün o sahədə 3-4 dənə post yazıram. Ömrü boyu erməni tarixi ilə məşğul olmuşam. Onlar haqqında məlumatlarım var. Hələlik ki, bu formada davam etdirik”.

 

Nəzrin Vahid

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04