Arxiv
6 Aprel 2021, 14:47 | MƏDƏNİYYƏT
Tahir İmanov müğənniləri ittiham etdi: “Vaxtilə vergidən yayınırdılar"

Dünyada sürətlə yayılan virusun qarşısının alınması məqsədilə bir ildi ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Bu siyahıya toy, nişan, şou-proqramlar, film çəkilişləri və s. də daxildir.

Son bir ildə xarici şou-biznes nümayəndələri ilə bağlı məlumatlara nəzər salsaq onların heç də toysuzluqdan, işsizlikdən gileylənmədiyini görərik. Lakin ölkəmizdə sənətçilər tez-tez maddi çətinlikdən və işsizlikdən şikayətlənirlər.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov bir ildən çoxdur pandemiya olsa da fəaliyyətini davam etdirdiyini deyib:

“Son bir ili hər kəs necə keçirdisə, məndə də eynisi oldu. Ümumiyyətlə, bu həyatda nə olursa, bizim xeyrimizədir. Pandemiya olsa da məndə həvəssizlik kimi hallar olmadı. Əksinə, biz dayanmadan işləyirik. Düzdür, fəaliyyətimiz hazırda yalnız kino istiqamətindədir, ancaq işləyirik, bu günümüzə şükür. Sənətçilərimiz maddi çətinlikdən gileylənirlər. Alternativ gəlir yerləri tövsiyə edənlər var, anlamıram, sənətçi gedib daş karxanasında işləməlidir, yoxsa "oboy" vurmalıdır?!”

Aktyor bir vaxtlar gündə bir neçə toyda, şou-proqramda iştirak edən ifaçıların indi gileylənməsini naşükürlük adlandırıb:

“Şou nümayəndələrinin bəziləri çox gileylənirlər. Dövlət onlar üçün hər cür şərait yaratmışdı. Baxmayaraq ki, hər gün toylara gedirdilər, pul qazanırdılar, amma əksər hallarda vergidən yayınırdılar. Bütün bu vergidən yayınma hallarına dövlət gözünü bağlayırdı, onlara dəymirdi. İndi belə bir vəziyyətdə gəlib gileylənmək düşünürəm ki, naşükürlük olar. Sadəcə pandemiyadan nəticə çıxarmalıdırlar və gələcəkdə gəlirlərini idarə etməyi bacarmalıdırlar. Toylardan yaxşı pul qazanırdılarsa, israf etməməli idilər. Həddən artıq israfçılığa yol verilirdi. Bunu mən demirəm, bizim maqazin verilişləri, xəbər saytları bu barədə yazırdı. Tez-tez qarşımıza çıxırdı ki, filankəs pulunu filan şeyə xərclədi, onu aldı, bunu aldı... Fikrimcə, bu pandemiya hər kəsə dərs oldu. Mən heç kəsə dərs vermək fikrində deyiləm, nə də müəllim kimi görünmək istəyirəm. Əgər bunları deyirəmsə, həmin fikirlər mənim özümə də aiddir. Mən başda olmaqla, hər kəs gəlirinə diqqət etməli, israfçılığa yol verməməlidir. Düşünürəm ki, hər bir vəziyyətdən xeyir güdmək lazımdır, eləcə də pandemiyadan. Bu pandemiya hamımıza bir nəfər kimi dərs olmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ter-Petrosyan eks-prezidentləri Paşinyana qarşı birləşməyə ÇAĞIRDI 6 May 2021, 17:00 Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır” 6 May 2021, 16:57 Ombudsman Miyatoviçə məktub yazdı 6 May 2021, 16:52 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verdi 6 May 2021, 16:46 Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI 6 May 2021, 16:40 Yoluxma azaldı, sağalanlar çoxaldı - 18 nəfər öldü 6 May 2021, 16:34 Əbədiyaşar lider 6 May 2021, 16:28 Nazir: Azərbaycanda qeyri-neft ixracı artıb 6 May 2021, 16:22 Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi 6 May 2021, 16:16 Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Bakıda piyada zolağı ilə bağlı YENİLİK 6 May 2021, 15:56 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00