Arxiv
6 Aprel 2021, 16:54 | ANALİTİKA
Putin Koçaryana, Paşinyan Ankaraya üz tutur... - TƏHLİL

Erməni baş nazir Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinlə görüşə hazırlaşdığı vaxt (7 aprel) diqqətçəkən iki hadisə baş verdi:

- Putin Koçaryanla onlayn formatda görüşdü;


- Paşinyan Ankaraya sərhədlərin açılması üçün çağırış etdi.


Putin-Paşinyan görüşündən öncə birincinin Koçaryanla görüşü Rusiyanın Ermənistan siyasətində “alternativ”ini nümayiş etdirməsidir. Koçaryanın erməni hökumətinin qarşısını almaq üçün etdiyi bütün cəhdlərə rəğmən, “Pozner”də müsahibəsinin çıxması da eyni mahiyyət daşıyır. Putin bununla iki gediş edir:

1. Ermənistan daxilində Koçaryanın nüfuzunu gücləndirir: 10 noyabr razılaşmasından sonra Kremlin erməni müxalifətini Koçaryanın çətiri altında toplamaq planı istənilən effekti vermədi, Qasparyanın “hərbi qiyam” cəhdi də Rusiya hərbi elitasının siyasi elitanın erməni müxalifəti üzərindən nəticəsiz gedişlərindən təngə gəlməsi kimi görünürdü. Bu ssenari alınmadı və yenidən siyasi elitanın ssenarisi aktualdır.


Erməni müxalifətində Koçaryan planı tam reallaşmasa da, davam edir. Analoji ssenari digər qüvvələr üzərində də tətbiq edilir, çünki müxalifətin bir çətir altında toplanması baş tutmayandan sonra, Kremlin seçki öncəki formalaşan birlikləri, blokları ayrı-ayrılıqda dəstəkləmək, həm erməni müxalifətinə nəzarət etmək, həm “oyun qaydalarını pozan” hansısa qüvvə olacaqsa, əlində daim alternativləri saxlamaq, həm də parlamentdə mümkün qədər çox kürsü tutmaq variantını önə çəkdiyi görünür.


Burada Koçaryanın da Kremldən ikinci şans istəməsi istisna deyil: Robert Koçaryan müxalifəti birləşdirmək missiyasını yerinə yetirə bilmədi və mümkündür ki, Putinlə dostluq əlaqələrini işə salaraq, öz bloku ilə mübarizə aparmaq şansı istəyib.


Hər iki halda Koçaryan rusların əsas favoritlərindən biridir.

2. Görüşdən öncə Koçaryanı qəbul edən Putin bununla şərtlərini Paşinyana qəbul etdirmək və “oyundan kənara” çıxmaması üçün zəmin hazırlayır: Nikol seçki öncəsi istefa verəcəksə, Putindən təhlükənin olmayacağı ilə bağlı zəmanət istəyir; Rusiya indiki şərtlərdə devirə bilmədiyi Paşinyan hakimiyyəti ilə işləyəcək, lakin şərtləri var:


- Ermənistan anti-Rusiya oriyentasiyasına keçməməlidir;

- Rusiyanın dəstəklədiyi müxalif qüvvələri fəaliyyətini məhdudlaşdırmamalıdır;

- Seçkidə rusların dəstəklədiyi müxalif qüvvələrə parlamentdə yer verməlidir: istisna deyil ki, ruslar yeni hökumətin koalisiya əsasında formalaşdırılmasını da istəsin.

Moskvaya getməmişdən öncə Paşinyanın Ankaraya verdiyi mesaj bu kontekstdə təsadüfi deyil və iki məqsədə hesablanıb:

Birincisi, Paşinyan Türkiyənin Qarabağa “terrorçu gətirib” iddiasını təkrarlamaqla, Moskvaya “mərkəzdən qaçmaq” niyyətinin olmadığını göstərir;

İkincisi, “Ankara İrəvana qarşı siyasətini dəyişdirməlidir” deməklə Türkiyəyə “mənə dəstək verin” mesajını verir və bununla Moskvaya “alternativim var” mesajını da ötürür.

Moskva görüşü Ermənistanda növbədənkənar seçkinin (Paşinyan Putinə inanmasa, seçkini təxirə sala, yaxud ləğv edə bilər) taleyinə və seçkidən sonra regionun mənzərəsinə təsir edəcək. Ankara və Bakının erməni siyasətinə təsirləri artıracağı da gözləniləndir.

Asif Nərimanlı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07 “ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu   20 Aprel 2021, 23:58 “Mançester Yunayted”in prezidenti istefa verdi 20 Aprel 2021, 23:53 Avropa Super Liqası ləğv olundu? 20 Aprel 2021, 23:42 Rusiya MN-dən Xudavəng AÇIQLAMASI 20 Aprel 2021, 23:27 Litvada naməlum koronavirus mutasiyası tapıldı 20 Aprel 2021, 23:11 Türkiyədə virusdan ölüm sayında yeni REKORD 20 Aprel 2021, 22:59 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı 20 Aprel 2021, 22:45 İngiltərənin 2 klubu Avropa Super Liqasını tərk edəcək? 20 Aprel 2021, 22:39 Əli Əsədov Rusiyaya dəvət olundu 20 Aprel 2021, 22:25 Daşkəsəndə ağır qəza - xəsarət alanlar var 20 Aprel 2021, 22:11 İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi - YENİLƏNİB 20 Aprel 2021, 21:59 Turan Bayramov Avropa ikincisi oldu 20 Aprel 2021, 21:49 Prezident "Qarasu" yarımstansiyasının açılışında - YENİLƏNİB 20 Aprel 2021, 21:41 Zəngilanda hava limanı tikiləcək   20 Aprel 2021, 21:35 Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00