Arxiv
7 Aprel 2021, 09:54 | AKTUAL
Dələduzluq edən qadın direktorun işi məhkəməyə VERİLDİ

“Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi instaqram səhifəsində keçirilən “sual-cavab” sessiyası zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyənləşib.

 

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 73 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 652 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

 

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edilən faktlarla bağlı hər iki şəxs  Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

 

İbtidai istintaq dövründə vurulmuş ziyandan 902 min manat vəsaitin ödənilməsi təmin edilmiş, həmçinin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Ədalət Nağıyevə məxsus 203 min manat dəyərində daşınmaz əmlak üzərinə həbs qoyulub.

 

Eləcə də, hüquqi şəxs “Avangard Travel” MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45 İlon Mask sindromdan əziyyət çəkdiyini etiraf etdi 9 May 2021, 09:40 Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü 9 May 2021, 09:30 ABŞ-da atışma: 3 nəfər yaralandı 9 May 2021, 09:19 Məşhur oyunun azərbaycanlı qurucusu: “Ronaldinyonun bizimlə əməkdaşlıq edəcəyini gözləmirdik” - MÜSAHİBƏ 9 May 2021, 09:11 Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir 9 May 2021, 09:10 Kolumbiyada etiraz: 548 nəfər itkin düşdü 9 May 2021, 08:59