Modern.az

Səfir Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmiri məsələsini qaldıracaq

Səfir Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmiri məsələsini qaldıracaq

Aktual

7 Aprel 2021, 23:08

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin Tbilisidə yerləşən ev-muzeyini ziyarət edib.

 

Modern.az xəbər verir ki, səfir muzeyin hazırkı qəzalı vəziyyəti ilə tanış olub.

 

F.Quliyev muzeyin yerləşdiyi binanın əsaslı şəkildə təmir olunması üçün səylərin birləşdirilməsi məqsədilə Gürcüstan və Azərbaycanın müvafiq dövlət orqanları qarşısında məsələ qaldıracağını bildirib.

 

Qeyd edək ki, bu gün C.Məmmədquluzadənin təsisçisi və baş redaktoru olduğu Azərbaycanın ilk satirik jurnalı - “Molla Nəsrəddin”in birinci sayının işıq üzü görməsindən 115 il ötür. Mətbu orqanın ilk sayı 1906-cı ilin aprelin 7-də Tbilisidə “Qeyrət” mətbəəsində nəşr olunub. Mətbəənin də yerləşdiyi görkəmli ədibin Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən ev-muzeyi 1997-ci il oktyabr ayının 11-də açılıb. Son 20 ildə muzeyin təmir-bərpası ilə bağlı işlər həyata keçirilməyib. Muzey binasının təcili təmirə ehtiyacı var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir