Arxiv
8 Aprel 2021, 09:00 | MÜSAHİBƏ
Təcili Yardımın baş həkimi: “Elə hər 37 dərəcə hərarəti olanın çağırışına gedə bilmərik” - MÜSAHİBƏ

Rauf Nağıyev: "Bəzi həkimlər COVID-li xəstələri evlərdə gizli müalicə edir, ölüm vəziyyətinə çatdıranda təcili tibbi yardım çağırırlar”

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev pandemiya dövründə təcili yardımın təşkili, çağrışlara gecikmələr, hətta hərarəti olan xəstələrdən koronavirus testi götürülmədiyinə dair şikayətlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Doktor, son vaxtlar təcili yardımla bağlı çoxsaylı şikayətlər var. Xüsusilə pandemiya dövründə hərarəti olan vətəndaşlar termometr 38-i göstərməyincə onlardan COVID-19 testinin götürülmədiyini bildirirlər. Hətta bu məsələ ilə bağlı həkimlər tərəfindən də sosial şəbəkələrdə müzakirələr aparılır.

 

- Yazırlar, danışırlar, bəs təcili yardımın görməli işi kimdən tələb edək biz? Qeyd olunanlar ilkin səhiyyə xidmətlərinin funksiyalarına daxildir. Biz ağır hallarla məşğuluq. Adından da göründüyü kimi, təcili tibbi yardım göstəririk.

 

- Bəs COVID-li xəstələrin bu müraciəti ağır hal deyil?


- Təcili yardım yaxma götürəcək, onun daşınmasını təmin edib laboratoriyaya çatdıracaqsa, bəs vəzifə borcunu nə vaxt yerinə yetirəcək? Səhiyyədə vəzifə bölgüsü var. İlkin səhiyyə xidmətlərində məntəqələr yaradılıb. Sahə həkimləri var, hansı ki, indi ailə həkimləridirlər. Bir də var təcili yardım. Biz vəzifə funksiyalarını çaşdırmamalıyıq. Kimsə bunu bilmir və bu tələbi qoyursa, o demək deyil ki, onun tələbi qanundur. Adından da göründüyü kimi, təcili yardım təcili hallar - infarkt, boğulma, nəqliyyat qəzaları, zəhərlənmələr və s. də çağırılmalıdır. Ümumən sağlam insanın hərarəti bir az qalxıbsa, panikaya düşmək, ona hansısa dərmanlar vermək lazım deyil. Hərarət bədənin cavab reaksiyasıdır, bədəndə hərarət varsa, bu, mübarizə deməkdir. Çox da yüksək olmayan hərarətli xəstəyə dava-dərman edəndə, əksinə biz onun immunitetini aşağı salırıq, bədənin müqavimətini söndürürük.


- Ümumiyyətlə təcili tibbi yardım tərəfindən gün ərzində COVID-19 şübhəsi olan neçə ağır xəstədən yaxma götürülür?

- Təkcə dünən zəruri hallarla bağlı 800 nəfərdən koronavirusla bağlı yaxma götürmüşük. Məsələ burasındadır ki, bəzi həkimlər gizli şəkildə evdə müalicə ilə məşğuldurlar. Müalicə yazır, xəstəni də öyrədilər ki, təcili tibbi yardım çağır yaxma götürsün, görək nəticə necədir... Bu təcili yardımdan sui-istifadə etməkdir. Nəzərə alın ki, təcili yardımın COVID-lə bağlı çağırışına 3 saat vaxt sərf olunur. Briqada çağırış yerinə gedir, yaxma götürür, ona ştrix kod vurub laboratoriyaya təhvil verir. Yaxud ağır COVID-li xəstəni xəstəxanaya yerləşdirməyin özü də 3 saat çəkir. Çağırışa gedir, boş xəstəxana tapıb onu yerləşdirir, daha sonra avtomobilin dezinfeksiyası, əməkdaşların geyimlərini dəyişməsi, bunların hamısı üçün vaxt sərf olnunur. Əslində ağır xəstədən sonra avtomobil 2 saat havalandırılmaldır, amma bizim gözləməyə vaxtımız yoxdur. Gün ərzində Bakıda 2500-ə qədər çağırış  gəlir. Fiziki olaraq 139 briqada bunu çatdırmaldır.

 


- Rauf doktor, təcili tibbi yardımın çağırışa gecikməsi halları da olur. Gecikmələr məhz çağırışların çoxluğu ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Dediyim kimi, çağırışlar çoxdur. Gecikmələr də olur. Biz bunu inkar etmirik. Müraciətlər çox olanda onları çeşidləyirik. Elə hər “37 dərəcə hərarətim var, tez ol gəl”, “çağırdığım an qapımda olmalısan” düşüncəsilə çağırış verənə gedə bilmərik. Kimsə bu cür halla bağlı təcili yardımı məşğul edirsə, özü vətəndaş olaraq, əməlini qiymətləndirməlidir. Axı təcili yardıma ehtiyacı olmayan birinin çağırışına getməklə, daha ağır xəstətənin çağırışına gecikirik. Burada söhbət insan həyatından gedir. Hərarət 37-ə qalxan kimi aləm qarışır bir-birinə. Ağır hal deyilsə, sahə həkiminə müraciət edin.


- Yeri gəlmişkən, bu kimi şikayətlər elə daha çox həkimlər tərəfindən ictimailəşdirilir...

- Məlumatım var. Əgər hansısa xəstə hərarəti 38-ə çatmadığı halda, təcili tibbi yardım çağırıbsa, digər ağır xəstənin haqqına girmiş olub. Digər tərəfdən diaqnoz məqsədilə təcili tibbi yardım çağırılması harada görülüb? Axı analiz götürmək təcili tibbi yardımın vəzifə borcu deyil. Çox güman ki, bu ittihamla çıxış edənlər təcili tibbi yardımın mahiyyətini anlamıralar. Və bunu başa düşməyən həkimlər də insanları yanlış yönləndirirlər. Həmin həkimlərin hamısı gizli şəkildə evlərdə COVID-li xəstələrin müalicəsilə məşğuldurlar. Yaşlı, şəkər xəstəsi olan, infarkt keçirən, qəzaya düşən çağırışları qoyub, mən necə 37 hərarəti olan xəstədən yaxma götürməyə gedim? Əgər vətəndaşların koronavirusla şübhəsi varsa, ağırlaşma halı yoxdursa, sahə üzrə polikliniklara müraciət etsinlər. Nədənsə bizim bəzi vətəndaşlar evdən çıxmaq, poliklinikaya getmək istəmir, ən rahat və sadə yolu seçir: “Zəng edim təcili tibbi yardım gəlsin. Gəlsin zəhmət çəksin, borcudur yaxma götürsün”. Bəli, borcumuzdur, amma ağır hallar üçün. Hansısa müayinəyə diaqnoz qoymaq üçün yox. Bu, birbaşa təcili tibbi yardımın funksiyası deyil.


- Bəs gün ərzində birqadalarınız neçə ağırlaşmış COVID-19 xəstəsinin çağırışına gedir, yaxud xəstəxanalara yerləşdirilməsini təmin edirlər?

- Təkcə dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik. Onların bir hissəsi evdə, şəxsi həkimlər tərəfindən aparılan müalicələr nəticəsindəki ağırlaşanlardır. Ölüm vəziyyətinə gətirib çıxarandan sonra təcili tibbi yardım çağırırlar. Biriqadalar girir evə, təsəvvür edin, oksigen, sistem, klinikalar açırlar evlərdə. Yoluxma barədə ərazi üzrə polikliniklarda məlumat olanda, gizlin şəkildə evlərdə müalicələrə başlamayanda, onlar xəstə ilə maraqlanır. Ağırlaşma halları olarsa, polikliniklardan bizə müraciət daxil olur ki, bu ünvanda ağırlaşma əlamətləri olan COVID-li xəstə var, onu xəstəxanaya yerləşdirin. Ayrı-ayrı həkimlərin müalicəsini alırlar, ağırlaşandan, nəticəsi olmayandan sonra günahkar təcili yardım olur. Əslində bir çağırış ən geci 1 saata icra edilməlidir. Amma bəzən 3 saatadək çəkir. Çünki birqada tərəfindən xəstəyə ilkin yardım göstərilir, vəziyyətdən çıxarılır. Daha sonra boş yer tapılıb xəstəxanaya yerləşdirilir. Həmin briqada avtomobil, geyim dezinfeksiya edildikdən sonra stansiyaya qayıtmalıdır. Normativlərə görə, COVID-li xəstəni daşıyan briqada  2 saat çağırışa getməməlidir. 139 briqada və 2500 çağırış. Sizcə bunların hamısını icra etməyə fiziki güc çatarmı? Nəzərə alın ki, təcili tibbi yardım bütün gücünü səfərbər edib - əməkdaşlarımız kursa getmir, məzuniyyətə getmir, təqaüdçülərin bir hissəsilə müqavilə bağlamışıq. Maksimum şəkildə daxili imkanlardan istifadə edirik ki, üzərimizə düşəni icra edə bilək.

 

- Əgər çatışmazlıq varsa, niyə briqadaların sayının artırılması ilə bağlı məsələ qaldırmırsınız?

- Hər müəssisənin öz büdcəsi var. İndiki büdcə ilə briqadaları artırmaq mümkün deyil. Heç kimin qayda-qanunu pozmaq ixtiyarı yoxdur. Regionlarda əhalinin sayı azdır. Ölkə əhalisinin böyük hissəsi Bakıda cəmləşib. Rəsmi olaraq, paytaxtda 2 milyon 300 min nəfər yaşayır. İş üçün gələnlər, məcburi köçkünlər, tələbələri də nəzərə alanda, Bakıdakı əhalinin sayı 5 milyonu keçir. Belə olan halda təcili tibbi yardıma güc düşür. Buna görə Səhiyyə Nazirliyi vəzifə bölgüsü apardı. Yüngül xəstələr ərazi üzrə polikliniklar tərəfindən, ağır xəstələr təcili tibbi yardım tərəfindən idarə olunmalıdır. Bu effektli işləyir. Amma kiminsə əhalini yanlış yönəndirən fikri o demək deyil ki, səhiyyə işləmir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43 Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI 23 Aprel 2021, 16:38 Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildi   23 Aprel 2021, 16:33 Yoluxma azaldı, sağalanların sayı artdı - 33 nəfər öldü 23 Aprel 2021, 16:28 Həkimlərin maaşına əlavənin verilmə müddəti uzadıldı 23 Aprel 2021, 16:22