Modern.az

Türkiyə İtaliyadan helikopter alışını dayandırdı

Türkiyə İtaliyadan helikopter alışını dayandırdı

11 Aprel 2021, 12:45

Türkiyə Silahlı Qüvvələri üçün İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan təlim vertolyotlarının alınmasını dayandırıb.

 

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə “Leonardo” hərbi-sənaye konsorsiumundan 70 milyon avro dəyərində vertolyotların alınmasını nəzərdə tutan sazişin imzalanması planlaşdırılsa da, Türkiyə tərəfi İtaliya Baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qalmaqallı bəyanatı fonunda sazişin imzalanmasını müddətsiz təxirə saldığını bildirib.

 

Türkiyənin İtaliyadan alacağı “AW169” təlim vertolyotları  köhnə “Agusta-Bell 206” vertolyotlarını əvəzləməli idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?