Modern.az

Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır

Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır

13 Aprel 2021, 01:00

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.


Modern.az xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.


Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.


Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı