Modern.az

Restoranlarda bahalaşma - Sahibkarların məqsədi müştərini soymaqdır

Restoranlarda bahalaşma - Sahibkarların məqsədi müştərini soymaqdır

Aktual

21 Aprel 2021, 14:38

Paytaxt restoranlarında pandemiya dövründən əvvəlki qiymətlərlə indiki qiymətlər arasında ciddi fərq yaranıb. Sakinlərin, sosial şəbəkə istifadəçilərinin şikayətlərinə görə, yeməklərin qiyməti çox bahalaşıb. Maraqlıdır ki, yeməklərdə ən çox istifadə edilən əsas qida ətdir. Ərzaq bazarında ətin qiymətinin ucuzlaşdığını nəzərə alsaq, qiymətlərin artmasının başlıca səbəbi sual olaraq qalır.

 

Bu haqda Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd deyib ki, qiymətləri bahalaşdıran şəbəkələrin məqsədi öz zərərlərini istehlakçıların hesabına örtməkdir:


“Bazar iqtisadiyyatı qanunlarına əsasən, qiymət bahalaşması tələb artan zaman olmalıdır. Koronavirusun çox yayıldığı dönəmdə isə insanlar
restoranlara çox axın etmir və bu o deməkdir ki, tələb azalıb. Buna baxmayaraq biznes sahibləri qiymətləri qaldırıblar. Məqsədləri öz zərərlərini istehlakçıların hesabına örtməkdir. Bu qanun pozuntusu olmasa belə, istehlakçılara qarşı atılmış yanlış addımdır”.



Humay İsgəndərova

 

                                                 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir