Modern.az

Bakıda bağlanan bəzi küçə və prospektlər açıldı - SİYAHI

Bakıda bağlanan bəzi küçə və prospektlər açıldı - SİYAHI

Təhsil

17 Sentyabr 2012, 12:06

Sentyabr ayının 17-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində təmirdən sonra istifadəyə verilmiş küçə və prospektlərin siyahısını təqdim edib. Belə ki, Neftçilər prospektinin Puşkin küçəsi kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Dəniz limanının qarşısı) təmir işlərinin aparılması ilə əlaqədar təmamilə bağlanılan hissəsi istifadəyə verilib. Bundan başqa bir müddət öncə bağlanmış K.Səfərəliyeva, Rixard Zorge və A. Cəlilov küçələri açılıb, Ü.Hacıbəyov küçələrində və Z. Əliyeva  prospektində bir istiqamətli hərəkət bərpa edilib.

NİİM paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda  tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır. 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır