Arxiv
22 Aprel 2021, 17:05 | ANALİTİKA
Zəngəzurdan açılan atəş: “tətiyi çəkən” kimdir? - TƏHLİL

Prezident İlham Əliyev Zəngəzurla bağlı hədəfləri açıqladı, Nikol Paşinyan bölgəyə səfər etdi və Ermənistan bu istiqamətdən Azərbaycana silahlı təxribat törətdi. “Tətiyə kim çəkdi” sualının 1-dən çox cavabı var.


Dövlət Sərhəd Xidmətinin təxribatla bağlı rəsmi məlumatında iki məqam diqqət çəkir:

- atəş təkcə Azərbaycan mövqelərinə yox, həm də Rusiya sərhədçilərinə qarşı da açılıb;

- Şurnuxu kəndi istiqamətində 30-40 avtomobillə dövlət sərhədinə doğru hərəkət edən ermənilər Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.


Nikol Paşinyanın Sünik (Zəngəzur) səfərinin etirazlarla qarşılanması, 50-dən çox şəxsin həbs edilməsi, bələdiyyə və icma sədrlərinin mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırması, o cümlədən, dövlət sərhədinə doğru yürüş təxribatın yerlərdəki qüvvələrin özfəaliyyəti olduğu mənzərəsini yaradır:

belə bir təxribatla üçtərəfli razılaşmaya etiraz edilir, Ermənistan hakimiyyətinə, Azərbaycana və Rusiyaya imkan verməyəcəklərini göstərməyə çalışırlar.


Hərçənd, bu mənzərənin görünməyən tərəfləri “tətiyi çəkənlər”in Zəngəzurda olmadığına əminlik yaradır:

1. Bölgədə mərkəzi hakimiyyətə tabe olmayan qüvvələr Ermənistanda rusiyayönümlü müxalifətlə sinxron fəaliyyət göstərir;

2. Nikol Paşinyanın səfərinə qarşı bölgədə keçirilən etirazlar İrəvanda müxalifət tərəfindən “hakimiyyət Zəngəzuru Azərbaycana satır” şüarları ilə davam etdirildi; 

3. Ermənistan ordusunda siyasi-hərbi rəhbərliyə tabe olmayan qruplar var.

Bu detal “tətiyi çəkənin” Zəngəzurda və İrəvanda etirazları təşkil edənlərin - Rusiya, yaxud Rusiya daxilindəki qüvvələrin olması şübhələrini yaradır. Və informasiya axını da belə şübhələri artırır.


Təxribat Zəngəzurda baş verdi, Ermənistan tərəfi heç bir rəsmi açıqlama yayımlamayıb, əvəzində Xankəndidəki separatçılar “Azərbaycanın yaşayış məntəqələrini atəşə tutduğunu” iddia edir. Dünən günün ikinci yarısında baş separatçı Araik Arutyunyanın təcili Moskvaya çağırıldığı, Rusiya xüsusi xidmət orqanları ilə görüşəcəyi xəbəri yayıldı, axşam saatlarında isə separatçıların mediası Xankəndi istiqamətində atəş açıldığı iddialarını tirajladı.

Proseslərin inkişafı diqqəti Moskvaya yönəldir və Rusiyanın Zəngəzur və Xankəndi üzərindən İrəvanla Bakıya mesaj verdiyi versiyası ön plana çıxır:

- Erməni baş nazirlə yanaşı, ABŞ-ın Ermənistandakı səfirinin də bölgəyə gəlişi Moskvanı narahat edir və etirazların ardınca belə təxribatla İrəvanın mərkəzdənqaçma risklərinə qarşı Paşinyana hakimin kim olduğunu göstərir.

- Araikin Moskvaya çağırılmasının ardından separatçıların Bakıya qarşı “təxribat iddiaları” ilə “Zəngəzura qayıdacağıq” deyən Azərbaycan rəhbərliyinə Qarabağdakı mövcudluğunu xatırladır.

Və təxribatın “Zəngəzur dəhlizi”nin inşasına başlanması xəbərindən bir neçə gün sonra baş verməsinin hesablandığı hədəf var: Moskva kommunikasiyanın bərpa edilməsinə qarşı deyil, prosesin onun nəzarətindən kənar həyata keçirilməsini istəmir və bu təxribat hər iki tərəfə xəbərdarlıq hesab oluna bilər.

“Rusiya sərhədçilərinin atəşə tutulmasının” isə diqqəti yayındırmaq olduğu istisna deyil. Rusiya sərhədçilərinin azərbaycanlı həmkarlarına müraciət edərək, təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirməsi və hadisəyə reaksiya verilməməsini xahiş etməsi də bu fikri gücləndirir. Rusiya hərbçilərinin atəşə tutulmasına bu qədər loyal yanaşarmı? Çətin.

Moskva gərginliyin davam etməsini istəmir, sadəcə, bununla tərəflərə xəbərdarlıq edir.

Hadisə ilə bağlı önə çıxan versiyalar bunlardır və bir çox şeyə yenə proseslərin inkişafı aydınlıq gətirəcək. Hərçənd, Prezident Əliyevin açıqlaması, Paşinyanın səfəri və ABŞ səfirinin gəlişindən sonra Zəngəzurun regionda yeni gərginlik ocağı ola biləcəyini yazmışdıq. Əsas olan Bakının bu prosesdən necə istifadə edəcəyidir.

 

Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arterial təzyiqin göz damarlarına təsiri 8 May 2021, 08:26 Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq! 8 May 2021, 08:22 Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49