Modern.az

Nazirlikdə kadr dəyişikliyi oldu - Anar Hüseynova yeni vəzifə tapşırıldı

Nazirlikdə kadr dəyişikliyi oldu - Anar Hüseynova yeni vəzifə tapşırıldı

İqtisadiyyat

26 Aprel 2021, 12:34

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub. Modern.az xəbər verir ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin direktoru Anar Hüseynov qurumdakı fəaliyyətini bundan sonra Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri kimi davam etdirəcək.


Qeyd edək ki, A.Hüseynov daha əvvəl nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.


Daha sonra Anar Hüseynov Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin olunub.


A.Hüseynov nazirlik sisteminə gəlməzdən öncə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir