Arxiv
29 Aprel 2021, 15:34 | ANALİTİKA
Şifrələr açılır – Arayik Arutunyan Paşinyanı niyə ittiham edir…

Qarabağdakı quldur tör-töküntünün başçısı Arayik Arutyunyan Moskvaya səfərindən sonra Xankəndidə verdiyi açıqlamalarla Ermənistan hakimiyyətini ittiham edib, rəsmi Yerevanı normal ordu qurmamaqda günahlandırıb.


Arayik Arutyunyanın Rusiya səfərinin mahiyyətində iki versiyanı önə çıxarmaq olar: Birincisi, Kreml Arutyunyanı seçkiqabağı Paşinyana qarşı qüvvə kimi hazırlayır.


Yoxsa Arutyunyan indi gəlib Ermənistanı ordu qura bilməməkdə ittiham etməzdi.


Ermənistan KİV-ləri də yazırdı ki, Moskva Arutyunyanı Paşinyanın sözünə müticəsinə qulaq asdığına görə cəzalandırmaq istəyib.


İkinci versiya isə budur: Azərbaycanla Rusiya arasında razılaşma əldə olunub və Moskva Arutyunyana erməni qoşunlarını çıxarmaq üçün qəti tələb qoyub.


Deyə bilərik ki, niyə Azərbaycan olmadan bu danışıqlar olub? Diplomatiyada birbaşa iştirak olmadan da məqsədlərə asanlıqla nail olunması halları var. Azərbaycan heç cür Arutyunyan kimi quldur və separatçıları tərəf kimi tanımayıb, belə də qalacaq. Arutyunyan sadəcə bir piyadadır. Onun üzdə revanşist kimi görünən bəyanatlarının arxasında əslində Qarabağdakı erməni icmasını sakitləşdirmək dayanır.


Moskva isə iki stulda eyni anda oturmaq istəyir: Həm Arutyunyanı Paşinyana qarşı dövriyyəyə salmaq, həm də Azərbaycanın qəti tələbləri qarşısında sülhməramlı missiyasına uyğun qalaraq erməni qoşunlarının çıxarılmasını təmin etmək.


Bu tezislərdən yola çıxsaq deyə bilərik: Hər iki versiya bir-birilə əlaqəlidir.


Fikir verək, Arutyunyanın Moskvaya getməsindən sonra Azərbaycan ordusunun Xocalının Naxçıvanik kəndində 172 hektar ərazini nəzarətə götürməsi, keçmiş Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində 500 metrə qədər irəlilədiyi, Ağdamın Gülablı kəndi ilə Xocalının sülhməramlıların nəzarəti altında olan Harov kəndi arasındakı 4 kilometrlik neytral ərazini nəzarətə götürdüyü bildirildi.


Mövqelərin irəli çəkilməsi Azərbaycan ordusunun strateji üstünlüklərini genişləndirir.


Bununla paralel olaraq ötən gündən etibarən erməni qoşunlarının Xankəndini tərk etdiklərinə dair görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı.


Bu məlumatlar Ermənistan hakimiyyətinə sərf edir - Qarabağdakı erməniləri Azərbaycanın nəzarəti altında yaşamağa təşviq edən ictimai rəyin yaradılmasıdır.


Bu gün Ermənistan KİV-ləri məlumat yayıb ki, bir ay bundan qabaq DTX rəisi Əli Nağıyev Ermənistanın baş çekisti Armen Abazyanla Şurnuxu və Voratan kəndləri ətrafında görüşüblər.


Hadisələrin isə bu görüşdən sonra baş verməsi diqqət çəkir.


Nəticə: Azərbaycan istədiyinə tədricən nail olur, lakin Rusiya təsir dairəsinin zəifləməsindən ehtiyat edir. Heç də təsadüfi deyil ki, Moskvanın əsas kozırı olan Robert Koçaryan bu gün revanşist açıqlama verib, Şuşa və Hadrutu geri qaytarmaq barədə sərsəmləyib.


Rusiya yaranmış vəziyyəti həm də Paşinyan əleyhinə qüvvələrin xeyrinə dəyişməkdə israrlıdır.



Aqşin Kərimov

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:19 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10 Cəbrayılın azadlığı uğrunda vuruşanlar TƏLTİF OLUNDU 24 İyun 2021, 12:04
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?