Arxiv
5 May 2021, 16:08 | ANALİTİKA
Lavrovun çantasındakı “Hadrut planı”... - TƏHLİL

Lavrovun İrəvana getdiyi bu gün “Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlıların nəzarət etdiyi ərazilərə yox, məhz Hadruta qayıtmağı tələb edirlər.


Bu, rusların erməni qoşunlarının Qarabağdan çıxarılmasından sonra ehtiyatda saxladıqları “Hadrut planı”nın tərkib hissəsidir. Çünki ermənilərin Hadruta qayıtması rus sülhməramlılarının da bu əraziyə daxil olması deməkdir və burada iki hədəf var.


Siyasi hədəf: ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər;


Hərbi hədəf: Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir. Azərbaycan ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutda rus sülhməramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı qazanır.


Müharibə vaxtı Ermənistana gedən bütün erməni “qaçqın”ların məhz “Hadrut uğrunda” təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır. İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir və bu, erməni mülki əhalinin Hadruta qayıtmasına şəraitin yaradılması məsələsinin Rusiya baş diplomatının Bakıya gətirəcəyi təklif-istək siyahısında yer alacağı ehtimalını önə çıxarır.


Moskva erməni qoşunların çıxarılmasından sonrakı dövrdə Qarabağda strateji üstünlük qazanmağa çalışır.


Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa çempionatında 1/8 finalın cütlükləri bilindi 24 İyun 2021, 01:04 Daha iki komanda 1/8 finalda - AVRO-2020 24 İyun 2021, 01:00 İranda ABŞ-la danışıqları qadağan edən qanun qəbul edilə bilər 24 İyun 2021, 00:54 Ronaldo Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı 24 İyun 2021, 00:47 İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?