Arxiv
8 May 2021, 12:10 | AKTUAL
Milli Qəhrəman yaşasaydı bu gün 48 yaşı olacaqdı...

Bu gün şəhid polkovnik, Azərbaycan Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür.

Modern.az xəbər verir ki, 1973-cü il may ayının 8-də Gürcüstanın Qardabani rayonunda anadan olmuş polkovnik elə həmin rayonda da orta təhsil alıb.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ Müharibəsinin başlanmasına səbəb oldu. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) verib. 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) qəbul olunub və 1995-ci ildə oranı “Motoatıcı" ixtisası üzrə bitirib.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 

O, 2001-ci ildən başlayaraq bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi alıb.

O, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində də xidmət edib.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. 

2020-ci il iyulun 12-dən başlayan Tovuz döyüşlərində də İlqar Mirzəyev qəhrəmancasına vuruşub.

İ.Mirzəyev2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qeyd edək ki, İlqar Mirzəyev və onunla birgə şəhid olan general-mayor Polah Həşimovun ölümü xalqımızı ayağa qaldırdı. Minlərlə vətəndaş küçələrə çıxaraq, müharibə çağırışları səsləndirib 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azadlığı üçün döyüşə hazır olduqlarını bəyan etdi.

Uzun zaman keçmədən – 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən savaş sonda Zəfərlə başa çatdı.


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa çempionatında qolsuz matç 15 İyun 2021, 01:01 Corabları ilə NATO sammitinə damğasını vuran lider kimdir? - FOTO 15 İyun 2021, 00:56 Azərbaycan və Gürcüstan milliləri sülh bağladı 15 İyun 2021, 00:49 Qırmızı işıqda keçən maşın qəza törətdi - FOTO 15 İyun 2021, 00:37 Polşalı qapıçı tarixə düşdü 15 İyun 2021, 00:23 Ərdoğan Azərbaycana yola düşdü 15 İyun 2021, 00:08 Azərbaycanda Milli Qurtuluş Günüdür 15 İyun 2021, 00:01 “Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden 14 İyun 2021, 23:53 Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi 14 İyun 2021, 23:37 Ruslar erməniləri Kəlbəcər və Xocavəndə APARDI 14 İyun 2021, 23:25 İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı 14 İyun 2021, 23:14 Əli Əsədov iclas keçirdi - FOTO 14 İyun 2021, 23:03 Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı 14 İyun 2021, 22:56 Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi 14 İyun 2021, 22:49 Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar - FOTO 14 İyun 2021, 22:38 Polis əməkdaşını maşın vurdu 14 İyun 2021, 22:29 “Əlini daşın altına qoymaq vaxtıdır” - Ərdoğan Baydenlə görüşdən danışdı 14 İyun 2021, 22:18 Polşa Slovakiyaya məğlub oldu - AVRO-2020 14 İyun 2021, 22:05 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 14 İyun 2021, 21:58 “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu” - Bayden   14 İyun 2021, 21:44 Büdcə gəlirləri 9,735 milyard manatı ötüb 14 İyun 2021, 21:37 Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO 14 İyun 2021, 21:28 NATO-dan Türkiyəyə minnətdarlıq 14 İyun 2021, 21:20 Rəşad Nəbiyevə yeni müavin təyin edildi 14 İyun 2021, 21:06 Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı - FOTO 14 İyun 2021, 20:55 Dövlət başçısı Daşaltıda tunelin təməlini qoydu - FOTO 14 İyun 2021, 20:45 Prezident Zəfər yolundakı körpü ilə tanış olub - FOTO 14 İyun 2021, 20:34 Prezident və xanımı “Füzuli” yarımstansiyasının açılışında - FOTO 14 İyun 2021, 20:15 "Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham Əliyev 14 İyun 2021, 20:07 Prezident: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır 14 İyun 2021, 19:47 BTC ilə nəql olunan neftin həcmi AÇIQLANDI 14 İyun 2021, 19:38 Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb 14 İyun 2021, 19:25 Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR 14 İyun 2021, 19:19 Azərbaycanda peyvənd olunanların SAYI... 14 İyun 2021, 19:01 Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub 14 İyun 2021, 18:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?