Modern.az

Putin Azərbaycan xalqını TƏBRİK ETDİ

Putin Azərbaycan xalqını TƏBRİK ETDİ

Aktual

8 May 2021, 13:28

Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə günü münasibətilə keçmiş sovet respublikalarının dövlət rəhbərlərini və sakinlərini təbrik edib.

 

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubu Azərbaycan prezidenti İlham Əliyevə də ünvanlanıb.

Putin dövlət başçısını və Azərbaycan xalqını Qələbənin 76-cı öldönümü münasibətilə təbrik edib.

 

Rusiya lideri İkinci Dünya Müharibəsinin tarixi ilə bağlı faktların saxtalaşdırılması və təhrif olunmasına qarşı bütün MDB ölkələrinin birgə çıxış etməsinin vacib olduğunu qeyd edib.

 

Rusiya prezidenti Ukrayna və Gürcüstan xalqlarına da təbrik ünvanlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir