Arxiv
14 May 2021, 16:23 | AKTUAL
“Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat

“Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak etməkdən sonsuz dərəcədə qürurluyam. Uzun illərdən sonra bir şuşalı olaraq doğma Şuşamıza səfər etdiyim üçün sevincimizin həddi-hüdudu yoxdur, hisslərimi, duyğularımı ifadə etməkdə çətinlik çəkirəm. Bu qürurlu günləri bizlərə yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şanlı Azərbaycan Ordusuna, qəhrəman əsgərlərimizə minnətdaram, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat xatırladıb ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub:

 

“Həmin festival Ağdamın Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam etdirilib. Şuşada keçirilən tədbirdə meydan tamaşası estetikasının bütün elementləri ifadə olunub. Cıdır yarışı, pəhləvanlar və kəndirbazların iştirakı ilə səhnələr nümayiş edilib. Üçmıx dağının sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəklər, öz qeyri-adi görünüşü və gözəlliyi ilə insanı məftun edən xarı bülbül gülü əl-əl gəzərək ilk dəfə görənləri heyrətləndirib...”.

 

Millət vəkilinin sözlərinə görə, 32 ildən sonra Cıdır düzündə keçiriləcək «Xarıbülbül» musiqi festivalında iştirak etmək sevinci hədsiz dərəcədədir. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu.

 

“Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ". Bəli, doğrudan da, Azərbaycanın bütün bölgələrini cənab Prezidentimiz İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə cənnətə çevirmişlər. Bu quruculuq işləri həyata keçirilərkən hər birimiz tərəfindən tezliklə bu möhtəşəm işlərin doğma Qarabağımızda da gerçəkləşməsi arzusu səslənirdi. Yəni, Qarabağ, Şuşa heç vaxt yaddan çıxmamışdı. Əzəli torpaqlarımızın azad olunması üçün həmişə hazırlıq gedirdi, əminliklə torpaqlarımızın qaytarılacağı gün gözlənilirdi, Müzəffər Ali Baş Komandanımız tərəfindən bu əminlik qətiyyətlə bəyan olunurdu. Nəhayət ki, Qarabağ şikəstəsi, Bayatı Şiraz ifası Azərbaycan musiqisinin beşiyi olan Şuşamızdan ucaldı. Cıdır düzündən yayılan bu səs bütün Qarabağa, ermənilərin yaşadığı bütün bölgələrdə eşidildi.

 

Bu gün  Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə ilə rəşadətli ordumuz, səbirsizliklə gözlədiyimiz Qarabağa bizləri qovuşdurdu. Hörmətli Mehriban xanım Əliyevanın söylədiyi “bir gün əzəli diyarlarımız qaytarılacaq və biz o torpaqları öpəcəyik” ifadəsi  gerçək oldu. Onların birgə qətiyyətli fəaliyyəti, məğlubedilməz ordumuzun gücü sayəsində 30 illik həsrətə bir dəfəlik son qoyuldu. Çox sevinirik ki, indi bu müqəddəs torpaqlarımıza qədəmlərimiz qoyuruq, artıq Şuşamızın, Qarabağımızın  səmasında Azərbaycan bayrağı dalğalanır. Təəssüflər olsun ki, eyni zamanda öz gözlərimizlə gördük necə Şuşamız düşmən tərəfindən dağıdılıb, mədəni irsimizin viran edilib. Amma buna baxmayaraq, Şuşa öz əzəmətini, qürurunu, qoruyub. Artıq çox şükür Şuşamız yaralarını sarıb və yenidən dərin nəfəs alır, çünki onun əsl sahibləri buradadır.  Biz bütün Qarabağımızı, Şuşamızı dirçəldəcəyik, alınmaz qalamızı daha da alınmaz edəcəyik. Müqəddəs Şuşamızı yenidən cənnətə çevrəcəyik və əminəmki bundan sonra, düşmən hər zaman Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaqlar”,-deyə Fatma Yıldırım vurğulayıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?