Modern.az

Xırdalanda piyadanı maşın vurdu

Xırdalanda piyadanı maşın vurdu

14 May 2021, 23:10

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

 

“Quşçuluq” yaşayış massivində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Nuriyev Mahir Hilal oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması, sol gicgah nahiyəsi və çənə nahiyəsinin əziyi diaqnozları qoyulub.

 

Fakt araşdırılır (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi