Modern.az

Daha bir rayonun DSMF sədri HƏBS OLUNDU

Daha bir rayonun DSMF sədri HƏBS OLUNDU

16 May 2021, 12:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində 2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası vəziyyətinin yoxlanılması zamanı nöqsanların aşkar edilməsi faktı ilə bağlı həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaq aparılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev işlədiyi müddətdə həmin şöbənin mühasibat uçotu sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxsləri ilə birlikdə vətəndaşların müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsaslar olduğu halda, vəzifə saxtarkarlığına yol verməklə dövlət büdcəsinə ümumilikdə 341 min manat ziyan vurmaları müəyyənləşib:

 

“Toplanmış sübutlarla İlqar Rzayev, Elvin Hüseynov və  digərlərinə CM-nin 179.3.2 (israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

 

Rəsmi məlumata görə, istintaq zamanı vurulmuş maddi ziyanın 138 min manat olan hissəsinin ödənilməsi təmin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir