Modern.az

Prezident Zabrat yolunda görülən işlərlə tanış olub

Prezident Zabrat yolunda görülən işlərlə tanış olub

27 Sentyabr 2012, 17:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki,  nəqliyyat naziri Ziya Məmmədov Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarında görülmüş əsaslı təmir və yenidənqurma işlərindən sonra texniki göstəricilər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradacaqdır.

Bildirilib ki, Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması və genişləndirilməsi işlərinə 2012-ci ilin iyununda başlanılıb və yenidənqurma işləri bu ilin sentyabrında başa çatıb. Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir