Modern.az

Bakıda Filip Kirkorova qarşı aksiya keçiriləcək

Bakıda Filip Kirkorova qarşı aksiya keçiriləcək

Aktual

1 Oktyabr 2012, 11:35

Qarabağ Azadlıq Təşkilatı erməni əsilli müğənni, Rusiyanın xalq artisti Filip Kirkorovun noyabrın 9-da Bakıda keçiriləcək konsertinə etiraz olaraq aksiya keçirəcək. Bu barədə Modern.az-a QAT sədri Akif Nağı məlumat verib. A.Nağı qeyd edib ki, Kirkorov Bakıya buraxılmamalıdır.

“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq erməni əsilli müğənni Filip Kirkorovun Azərbaycana gəlməsinə qəti şəkildə etiraz edirik. Onun Bakıya gəlməsinə rəsmi dairələr tərəfindən icazə verilməməlidir. Mən bu konsertin təşkilatçılarına müraciət edərək bildirmək istəyirəm ki, hələ də gec deyil, konsert təxirə salınsın. Azərbaycanın Dövlət Bayrağı günündə erməni müğənninin Bakıda səhnəyə çıxması yolverilməzdir”, - deyə QAT sədri bəyan edib.

A.Nağı həmçinin vurğulayıb ki, Filip Kirkorovun konserti baş tutarsa, Qarabağ Azadlıq Təşkilatı Heydər Əliyev adına Sarayın qarşısında etiraz aksiyası keçirəcək.

Qeyd edək ki, erməni əsilli rus müğənnisi Filip Kirkorov noyabrın 9-da- Azərbaycanın Dövlət Bayrağı günündə Heydər Əliyev adına Sarayda konsert verəcək. Artıq konsertin biletləri də satılıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir