Modern.az

Ordumuz daha bir erməni diversantı saxladı

Ordumuz daha bir erməni diversantı saxladı

Hadisə

8 İyun 2021, 14:14

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

 

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

 

İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

 

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir