Arxiv
13 İyun 2021, 10:46 | REPORTAJ
Turan ordusunun xəyalını quran Şəhid - Doğulmayan körpəsinə AliTuran adı seçdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2900 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 2 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən 11 hərbi qulluqçumuz da itkin düşmüş sayılır.

Şəhidlərimiz arasında dünyaya gələcək körpəsini bağrına basmadan, qoxlamadan dünyadan köçənlərimiz də var.

 

Körpəsinin üzünü görmədən həlak olan şəhidlərimizdən biri də İbrahim Hüseynlidir.

 

Arayış: İbrahim Hüseynli 1992-ci il mayın 30-da Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İbrahim Hüseynli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İ.Hüseynli oktyabrın 19-da Hadrut döyüşləri zamanı şəhid olub.

 

Şəhidin döyüş yolu və qoxusunu içinə çəkmədiyi övladına olan arzularından həyat yoldaşı Surfanə İbrahimli Modern.az-a danışıb.

 

“2014-cü ilin aprel ayının 10-dan etibarən hərbidə qulluq edirdi. Hərbi sahədən əvvəl başqa xidmət sahəsində fəaliyyət  göstərmişdi. Aprel döyüşlərində qırx gün iştirak edib.

Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, Alxanlı kəndində döyüşə başlayıb. Xocavənd, Hadrut, Füzuli şəhəri uğrunda döyüşlərində iştirak edib.

Oktyabrın 19-da Qaragözlü kəndində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə  təltif olunub”.

 

Həyat yoldaşımla 2019-cu ildə ailə həyatı qurmuşduq. Evliliyimizin 10 ayına iki gün qalmış şəhid oldu. Eyni gündə doğulmuşuq, may ayının 30-u onun mövludu, mənim isə ad günüm oldu. Övladının olacağından xəbəri var idi. Şəhid olduqdan iki ay sonra oğlumuz dünyaya gəldi. Oğlumuzun adını AliTuran qoymuşdu. Ali adını peyğəmbərimizin şərəfinə, Turanı isə Turan ordusunun yaranmasına  görə seçmişdi. “Oğlum kəşfiyyat taborunda işləsin” deyirdi, oğlunun kəşfiyyatçı olmağını istəyirdi. Döyüşə yollanan zaman söyləmişdi ki, ya şəhid, ya da qazi kimi qayıdacam”.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Şuşanın Baş planını detalları AÇIQLANDI 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47 Avtobus yolu keçən piyadanı VURDU 30 İyul 2021, 15:43 “YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü 30 İyul 2021, 15:41 Xəzərdə batan var - Axtarış aparılır 30 İyul 2021, 15:40 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 30 İyul 2021, 15:36 Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub 30 İyul 2021, 15:36 Şuşanın ərazi planlaşdırma layihəsi jurnalistlərə təqdim olundu 30 İyul 2021, 15:34 "124 milyondan çox insan yoxsulluq səviyyəsinə düşüb" - Quterreş 30 İyul 2021, 15:29 Dünyanı nüvə başlığı ilə qorxudan ölkələr – YENİ SİYAHI 30 İyul 2021, 15:26 Türkiyə səfiri Azərbaycana təşəkkür etdi 30 İyul 2021, 15:20 ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb - FOTOLAR 30 İyul 2021, 15:14 YAP-dan Eldəniz Səlimovun polislə insidentinə REAKSİYA 30 İyul 2021, 15:08 Mehriban Əliyeva: “Türkiyə xalqına güc və səbir diləyirəm!” 30 İyul 2021, 15:02 Prezident İsmayıllıya 5,6 milyon manat ayırdı 30 İyul 2021, 14:56 Tokio-2020: Boksçumuz yarımfinalda 30 İyul 2021, 14:50 Baş Prokurorluq vətəndaşlara müraciət etdi 30 İyul 2021, 14:44 Azərbaycan yanğınsöndürənləri Türkiyəyə gedir 30 İyul 2021, 14:38 Çoban fermeri ÖLDÜRDÜ 30 İyul 2021, 14:32 Türkiyədəki yanğınlara görə 5 nəfər saxlanıldı 30 İyul 2021, 14:26 Həkim Araz Bayramov məhkəməyə gəlmədi 30 İyul 2021, 14:20 İranda daha 270 nəfər COVID-19-dan öldü 30 İyul 2021, 14:14