Arxiv
14 İyun 2021, 14:48 | AKTUAL
Düşmənin iki tankını, bir məntəqəsini məhv etdim - Gözünü itirən qazimiz

Vətən müharibəsi Ermənistan silahlı qüvvələrinin ayaqyalın, köməksiz vəziyyətdə elindən-obasından qaçqın, köçkün düşən uşaqların yurd-yuvasına qayıdışı savaşı idi.

 

Bu savaş qürurumuzu, mənliyimizi, kimliyimizi dünyaya sübut etmək üçün yaranan bir şans, bir fürsət idi. Bunu çox yaxşı anlayan Azərbaycanın hər bir mərd övladı Vətəni 30 illik düşmən əsarətindən xilas etmək, Xocalı soyqırımı qurbanlarının qisasını almaq üçün bu müharibədə iştirak etmək, azacıq da olsa qələbədə pay sahibi olmaq məqsədi ilə səfərbər olmağı, Vətənin oğlu olmağı bacardı. Bu yolda Vətən torpağını qanı ilə yuyub, şəhidlik məqamına ucalan qəhrəman qardaşlarımıza da rast gəlindi, əlini, qolunu, gözünü, bədəninin yarısını bu xalq, bu millət, bu torpaq uğrunda qurban verən qazilərimizə də.

 

 

Bugünkü qəhrəmanımız da məhz ərazi bütövlüyümüz uğrunda sağlamlığını qurban verən qazi baş leytenan Abdullayev Pərvin Dövlət oğludur. Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən Pərvin də erməni silahlılarının atdığı minaatan mərmisinin partlaması nəticəsində gözünü itirib:

 

"Düşmənin 4 texnikasını məhv etmişəm. Ermənilərin iki Qrad "KB 21" artilleriya qurğusunu və iki tankını, bir dislokasiya məntəqəsini məhv etmişəm. Oktyabr ayının 17-si düşmənin artilleriya qurğusu tərəfindən atılan mərmi ilə yaralanmışam". 

 

Qazimiz dövlətin ona ayırdığı diqqət və qayğıdan razılığını bildirib:

 

"Dövlətin mənə diqqət və qayğısından razıyam. "YAŞAT" Fondu sayəsində mən Türkiyəyə getdim. Orada başımdan əməliyyat olundum. İndi özümü yaxşı hiss edirəm". 

Qeyd edək ki, ailəli olan Abdullayev Pərvin Dövlət oğlunin bir qız övladı var. O, Vətən müharibəsindən sonra "Fərqlənmə medalı", "Cəsur döyüşçü", "Şücaətə görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Məsuliyyət Ermənistanın üzərinə düşür" - Zakir Həsənov 28 İyul 2021, 15:27 Prezidentdən Kəlbəcər və Laçınla bağlı sərəncam - 10 milyon ayrıldı 28 İyul 2021, 15:22 Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:10 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Gəncə Dövlət Universitetin məzunu MİQ imtahanında 1-ci oldu   28 İyul 2021, 14:54 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22