Modern.az

Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi?

Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi?

Dünya

23 İyun 2021, 09:54

Azərbaycan Kommunist Partiyası (AKP) 22 iyunu - Böyük Vətən Müharibəsinin başlanmasının 80-ci ildönümünü qeyd edib.

 

Bu barədə Modern.az-a AKP sədri Rauf Qurbanov məlumat verib. O qeyd edib ki, “Zoom” proqramı çərçivəsində onlayn-konfrans formatında Mərkəzi Komitənin rəhbər orqanları və AKP-nin respublikada fəaliyyət göstərən yerli  rayon -şəhər komitələrinin rəhbərləri  ilə tədbir keçirilib.

Partiya sədrinin sözlərinə görə, konfransda vətən torpağı uğrunda həlak olan insanların ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Sovet Azərbaycanının Böyük Vətən Müharibəsində əvəz olunmaz rolu barədə ətraflı müzakirələr aparılıb:

“İkinci Dünya Müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olub. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlar müasir Azərbaycan tarixinin şanlı  səhifəsidir. Azərbaycan xalqı bu müharibədə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib.

 

1941-1945-ci illərdə Sovet Ordusu sıralarına 640 min nəfərədək Azərbaycan vətəndaşı səfərbər edilib cəbhəyə göndərilib,  onlar  keçmiş SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak ediblər. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi bahasına, böyük məhrumiyyətlər hesabına əldə edilib. İkinci Dünya Müharibəsində həlak olan 27 milyon Sovet vətəndaşlarından 300 mindən çoxu azərbaycanlılar olublar.

Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif ediliblər. Azərbaycan Respublikası və Azərbaycan xalqı  faşizm üzərində qələbənin əldə olunmasında müstəsna xidmətlər göstərib. Bu bizim şanlı tariximizdir, bir Azərbaycanlı olaraq bununla fəxr duyuruq”.


Aysel Aslan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir