Modern.az

BMT-nin ali nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

BMT-nin ali nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

24 İyun 2021, 16:08

Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos Bakıdakı Müqəddəs Qriqori erməni kilsəsinə də baş çəkib.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumatına görə, qonaqlara kilsə haqqında məlumat verilib.

 

Bildirilib ki, tolerantlığın yüksək səviyyədə təmin olunduğu Azərbaycanda heç bir ayrı-seçkilik qoyulmadan bütün dini abidələr və ibadət yerləri dövlət tərəfindən qorunur.

 

Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, mədəni abidələri, o cümlədən 60-dan çox məscidi dağıdıb, talan edib, bir çox məscid binalarında heyvanlar saxlanılıb.

 

İşğalçılar bununla təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə İslam sivilizasiyasına, dini dəyərlərə barbar münasibətlərini nümayiş etdiriblər.

 

Ermənistandan fərqli olaraq, Azərbaycan həmişə bütün dinlərə və mədəniyyətlərə tolerant münasibət göstərib. Bakının mərkəzindəki erməni kilsəsinə münasibət də buna nümunədir.

 

Diqqətə çatdırılıb ki, kilsə Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.

 

Sonra qonaqlar işğaldan azad olunan ərazilərdə Ermənistanın otuz il ərzində məscid binalarına qarşı həyata keçirdiyi barbarlığı əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir