Modern.az

Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi

Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi

24 İyun 2021, 21:25

Rusiyanın “LUKoil” neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.

 

Modern.az xəbər verir ki, bu barədə “LUKoil”un mətbuat xidmətinin səhmdarların illik iclasının yekunlarına dair yaydığı məlumatda bildirilib. İclasda, həmçinin direktorlar şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.

 

Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunu, iqtisad elmləri doktorudur. 1993-cü ildən “LUKoil” şirkətinin prezidentidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ