Arxiv
2 İyul 2021, 09:35 | MÜSAHİBƏ
“Min adamdan, yüz adamdan, hətta on adamdan biri olmaq istəyirlərsə, gedib başqa iş görsünlər” - MÜSAHİBƏ

Əsəd Cahangir: “Sadaladığım beş-altı istisnanı çıxmaqla ölkəmizdə yeni yazılan romanlar məni o qədər də qane etmir”

Modern.az saytının “Art Time” rubrikasında budəfəki qonağımız tanınmış tənqidçi Əsəd Cahangirdir. O bu yaxınlarda 55 yaşını qeyd etdi. Yubliyarla söhbəti təqdim edirik. 


- Əsəd müəllim, bu günlərdə yaradıcılığınızın 30, ömrünüzün 55 ili tamam oldu. Hər iki yubileyinizi ürəkdən təbrik edirik. Bu 55 ili necə xartırlayırsınız?

 
- 60-cı illəri yaz, 70-ci illəri yay, 80-ci illəri payız, 90-cı illəri qış kimi xatırlayıram. 2000-lərdən sonra mənim üçün  ədəbiyyat fəsli, söz fəsli olub. O illərdən sonra bütün həyatımı ədəbiyyata həsr etmişəm. Bir vaxtlar mənə elə gəlirdi ki, 55 yaş bir qocalıqdır. İndi görürəm ki, bu, bütün yaşların ən gözəli imiş. Çünki gəncliyə məxsus fiziki güc, qüvvə və sağlamlıq hələ qalır, eyni zamanda, yaşın gətirdiyi müdriklik də bura əlavə olunur. Bu yaş ömrün ikinci baharıdır. Yeni arzuların, yeni istəklərin cücərdiyi, baş qaldırdığı dövrdür.


- Hansı arzular baş qaldırır?

 
- Hər şeyi sıfırlamaq və hər şeyə yenidən başlamaq.


 - Qələm dostlarınız, ədəbi ictimaiyyət yeni yaşınızı necə qarşıladı?

 
- Səyyarə xanımın “Ovqat” proqamının bir buraxılışı mənə həsr olundu. Anar müəllim, Elçin müəllim, Pəşad Məcid bu proqramda haqqımda ürək sözlərini, arzularını səsləndirdilər. Ustadım, akademik Nizami Cəfərov “Ədəbiyyat qəzeti”ndə həyat və yaradıcılq yoluma həsr olunmuş böyük həcmli, akademik bir məqalə ilə çıxış etdi. Şair və yazıçılardan Elxan Zal Qaraxanlı, Murad Köhnəqala, Etibar Muradxanlı, Nazilə Gültac, gənclərdən Fuad Cəfərli, Müşfiq Şükürlünün yubileyimlə bağlı məqalələri fərqli qəzet və saytlarda dərc olundu. Şairlərdən Yusif Nəğməkar, Adilə Nəzər, İftixar Piriyev, Vəli Qaraçaylı, Çingiz Musayev, Fikrət Məmmədli, Süleyman Həziyev, Dayandur Sevgin, Fazil Əsəd, Lilpar Cəmşidqızı, Qılman İman, Faiq Hüseynbəyli, Rövşən Budaq, Pərviz Axundov və digərləri   yubileyimlə bağlı təbrik şeirləri yazdılar. Qan Turalı “Epiloq.az” saytı, Fərid Hüseyn “Kaspi” qəzetində mənimlə geniş rezonans doğuran, maraqlı söhbətlər apardılar. Bu şəxslərin hər birinə minnətdarlığımı bildirirəm.     
 

 - Bu yaşda yaradıcılığınızda hansı yeniliklər etmək niyyətindəsiniz?

- Bundan sonra diqqəti daha çox bədii yaradıcılığa yönəldəcəm. Əlbəttə, tənqidlə vidalaşmaq fikrim yoxdur. Lakin özümü daha çox bədii yaradıcılıq, xüsusən də,  romana  həsr etmək fikrindəyəm.


Niyə məhz roman?

- Beş-altı istisnanı çıxmaqla ölkəmizdə yeni yazılan romanlar məni o qədər də qane etmir.

- Hansı istisnalardır?

- Elçinin “Baş”, Kamal Abdullanın “Unutmağa kimsə yox”, Afaq Məsudun “Azadlıq”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Kamil Əfsəroğlunun “İt qanı”, Aslan Quliyevin “Keçmiş döyüşçü və oğlan”, Etimad Başkeçidin “Min yol mənə söylər”,  Əyyub Qiyasın “Sonuncu büt”...


- Yadınızdan çıxan bir roman qalmadı ki?

- Əgər nəsə yada düşmürsə, deməli yaddan çıxmağa layiqdir.


- Siz bu qədər romanı az hesab edirsiz?

- Otuz illik bir epoxa, özü də tarixi hadisələrlə zəngin  epoxa üçün azdır. Ədəbiyyat zamandan geri qalır. Onun binasını təmir etmək lazımdır. “Təmiri-xərabə talibəm mən, inşəallah ki, qalibəm mən.”


- Hansı mövzuda, yazmaq istəyirsiniz?


- Psixoloji, metafizik, sosial, siyasi – hamısı olmalıdır. Bir sözlə, “Cami-cəm”. Bir şeydə hər şey. Damlada dərya, zərrə küll.


- Roman nəsrlə yazılan əsərlərin ən çətinidir. Siz təcrübəli tənqidçi olduğunuz üçün birbaşa romanla başlamaq niyyətindəsiniz, yoxsa hər hansı bir riski gözə alaraq bunu edirsiniz?

- Əksinə, roman yazmaq mənim üçün ən asanıdır. Çünki həmişə söz meydanının darlığından əziyyət çəkirəm. Romanda isə meydan genişdir. Ona görə də birbaşa romandan başlamaq istəyirəm. Nizami Gəncəvi deyirdi: “Müydani-soxən fərax bayəd, ta təb sovareyi nomayəd”. – “Gərək söz meydanı gen olsun müdam, Atını dördnala səridsin ilham”.

- Ədəbiyyatda belə praktika olub?

- Çox olub, məsələn, Balzak birbaşa romanlardan başayıb, Süleyman Rəhimov hətta epopeyadan.

- Özünüzü sənətdə, yoxsa şəxsi həyatınızda daha uğurlu hesab edirsiniz?

- Özümü hər iki halda uğursuz saymıram. Əsas məsələ insanın daxilən özünü necə hiss etməsindən asılıdır. Bizdə əksəriyyət trafaretləşmiş düşüncəyə sahibdir. Hökmən nəyinsə şablon olaraq necə olması düşüncəsi var adamarda. Amma mən belə düşünmürəm. Heç bir insanın həyatına hökm, qayda ilə, trafaret formada yanaşmaq olmaz. Hər kəsin uğur və uğursuzluq barədə öz daxili qənaəti var. Düzdür, yaradıcılıq fəaliyyətimdə bir çox süni maneələr olub və çox təəssüf ki, indi də var. Buna baxmayaraq, onların böyük bir qismini adlamışam. Düşünürəm ki, gələcəkdə də Yaradanın köməyi ilə bütün maneələri dəf edə biləcəm.

- Onlar hansı maneələrdir?

- Yubiley müsahibəsində bu mövzuda açıqlama vermək istəmirəm. Bu başqa bir söhbətin mövzusudr.

- Yaşınızdan xeyli cavan görünürsünüz. Məhəbbət həyatınızda nə kimi rol oynayır?

-
30 illik ədəbi-bədii fəaliyətimdə ilk dəfədir ki, bu tipli sualla qarşılaşıram. Amma yubileyim olduğu üçün sualı normal qarşılayıram. Mən həyatımda yalnız bir dəfə sevmişəm. Füzulinin “Leyli və Məcnun”unu oxuyur və elə bilridim ki, şair bu dastanı mənə həsr edib. Sonralar anladım ki, səhv etməmişəm. İcazə verin, özümü tərfiləyim. Mən çox sədaqətli adamam. Rastlaşdığım adamların heç birində belə sədaqət görmürəm.

Puşkinin məşhur bir ifadəsi var: “Sevən sevə bilməz bir də yenidən”. Elə adamlar var ki, ürəyini yüz yerə bölüb yüz dəfə, bəziləri on yerə bölüb on dəfə sevir. Bəziləri hər gün, bəziləri hər an sevir. Amma elələri də var ki, məhəbbəti yalnız bir şəxsin simasında tapırlar. Bu cür sevgidən sonra artıq qayıdıb kimisə yox, ancaq Tanrını sevmək olar.

- Qarşıdan Yazıçılar Birliyinin qurultayı gəlir. Bəs, uzun illərdir çalışdığınız Birlikdən gözləntiləriniz nədir?

- Bir neçə gün öncə AYB-də kadr islahatları oldu və yeni vəzifə alanları təbrik edirəm. 20 ildən artıqdır ki, mən bu Birlikdə çalışıram. Ədəbiyyatda özünü yüz dəfə təsdiq etmiş adamam. Birliyin qurultaylarının məruzəçisi olmuşam. Bir çox antologiyaların müəllifiyəm. Azərbaycan ədəbiyyatını xarici ölkələrdə öz məqalələrimlə təmsil etmişəm. Xarici ölkələrdə keçirilən bir çox elmi konfranslar, şeir festivallarında iştirakçı olmuşam. Çoxsaylı ödül və mükafatların sahibiyəm. Sözün bütün mənalarında öz layiq olduğum statusu almaq arzusuna düşməkdə haqlıyam.

- Ömrünüzün böyük bir hissəsini ədəbiyyatla bağlamısınız. Ədəbiyyatdan alınan zövqün yanı sıra qarşılaşdırdığı maddi çətinliklər də çox olur. Bu mənada ömrünü ədəbiyyata bağlayan istedadlı gənclərimizə nə demək istərdiniz?

- Əgər min adamdan, yüz adamdan, hətta on adamdan biri olmaq istəyirlərsə, gedib başqa işlə məşğul olsunlar. Yox, əgər kimsə özünü birinci sayırsa və doğrudan da bu potensiala sahibdirsə, onda gəlsin ədəbiyyata.

- Sizcə, elə bir gənc var bu gün?

- İkisi var – Qan Turalı və Fərid Hüseyn. Biri hələ ki yoxdur.

- Bəs, Qismət?

- Ya nəsib, ya qismət... Yazıçının həyatı iki dövrə bölünür – oxumaq və yazmaq. Qismət hətta kitab yazanda da oxucu mərhələsindən çıxmaq istəmir.

- Məhz bu adların çəkilməsində onların hər ikisinin yubileyinizlə bağlı sizinlə müsahibə etməsinin rolu var?

- Məsələ sadəcə bunda deyil. Ondadır ki, insan gərək darıxdırcı olmaya, ona deməyə söz tapa biləsən. Amma bu da var ki, hələ möhürlərini vurmayblar. Nə Qan Turalının “Polis qorxusuyla öpüşmək”i, nə də Fəridin “Səmərqənd divanı” belə bir möhür üçün tam yetərli deyil. Nəsə daha ciddi bir şey olmalıdır. Elə bir şey ki, hamı birmənalı surətdə desin – Bu odur! Adam özü isə qətiyyətlə deyə bilsin – Bu, mənəm!

- Amma vaxtilə Qan Turalını tənqid edirdiniz.

- Vaxtilə o tənqidə layiq idi, indi tərifə, hər iki halda diqqətəlayiqdir. Bir yunan müdriki deyib: “Hər şey axır, hər şey dəyişir”.  Başqa bir müdrik isə belə deyib: “Fikrini dəyişməyən ancaq ölülər və dəlilərdir”. Mən isə deyirəm: “Bu dünyada dəyişməyən bircə həqiqət var  - hər şeyin dəyişməsi”.  

- AYB-də sizin redaktorluğunuzla gənclərin yaradıcılığından ibarət antologiya hazırlanırdı. Amma nəsə üzə çıxmadı.

- Yetmiş nəfərin əsərlərindən ibarət antologiya çapa hazırdır. Yəqin ki, yaxın günlərdə işıq üzü görəcək. Ləngiməyə səbəb pandemiya oldu.

- Sizcə, pandemiya ancaq mənfi təzahüdürmü?

- Heç nə birmənalı deyil, pandemiya da o sıradan. Məncə, bu bir ildə adamlar təkcə cismən yox, ruhən də virusdan təmizləndilər. Bunu bir çoxlarının rəftarından hiss edirəm.

- Oxucularınıza, qələm yoldaşalrınıza nə arzu edərdiniz?

- Hamıya virissuz gələcək arzulayıram.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?