Modern.az

ABŞ prezidenti ölüm cəzasının ləğvini dəstəklədi

ABŞ prezidenti ölüm cəzasının ləğvini dəstəklədi

Dünya

2 İyul 2021, 23:55

ABŞ Prezidenti Co Bayden ölkədə ölüm cəzasının ləğv edilməsini dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

 

“Prezident açıq şəkildə edamların dayandırılmasını istəyir. Baş prokurorun irəliyə addım atdığını görəndə sevinir”- deyə Psaki qeyd edib.

 

ABŞ Baş prokuroru Merrik Harland Ədliyyə Nazirliyinin müvafiq prosedurlarını yoxlayarkən ölüm hökmünün federal səviyyədə icrasına moratorium elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu