Arxiv
12 İyul 2021, 11:44 | ÖLKƏ
Siyasətdə hay-küy edənlər, pafoslu çıxışlar - Siyasətçi problemi jurnalistlərin gözündə...

Tanınmış siyasətçi olmaq o qədər də asan deyil. Bu iş asan olmasa da, siyasətçi olmağa can atanlar çoxdur. Bəziləri hay-küylə göz önündə qalmağa, gündəm yaratmağa çalışır ki, bu da siyasi prosesləri izləyənlərə tərəfindən birmənalı qarşılanmır.  


Siyasətdən yazan jurnalistlər Modern.az-a hay-küyçü siyasətbazlar haqqında danışıblar.
 

Ölkə.az-ın müxbiri Mürtəza Bünyadlı özünü siyasətçi hesab edənlərin təbliğat formalarını müxtəlif cür qurduqlarını qeyd edib:

“Təbliğatın müxtəlif forması var. Onlardan biri də hansısa şəkildə siyasi gündəmdə olmaq, özünə tərəfdar toplamaqdır. Siyasətçilər ölkədə baş verən ictimai-siyasi proseslərə öz düşüncələri, baxışları bucağından qiymət verməyə çalışırlar. Biz bu zaman pafoslu çıxışların da şahidi oluruq. Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da bu cür siyasətçilər var. Bir qismi uzun zamandır ictimai-siyasi proseslərdə iştirak edən, indi yenidən önə çıxmağa çalışanlardır. Siyasətdə pafos qəbul olunan bir şeydir. Lakin pafosun arxasında baş verən prosesə real qiymət verib, dəyərləndirdikdən sonra həmin şəxsləri ciddi siyasətçi adlandırmaq olmaz. Biz bu cür şəxsləri çox görmüşük. Hansı ki, Azərbaycan siyasi səhnəsinə populist və pafoslu çıxışlarla gəliblər. Lakin müəyyən həlledici mərhələdə o pafos işə yaramayıb.
Müəyyən şəxslər olub ki, siyasətə gəliblər, qısa müddət sonra siyasi səhnədən gediblər. Pafoslu fikirlərlə gündəmi çox qısa müddətı zəbt etmək olur”.  



M.Bünyadlı siyasətə yeni gələn gənclər haqqında da danışıb:


“Bu gün siyasi səhnədə müəyyən gəncləri görürük. Pafoslu fikirlərlə çıxış edirlər. Guya, onlar baş verən ictimai-siyasi narazılıqlarda özlərini öndə görürlər. Onlara uğurlar arzulayırıq. Lakin siyasətçinin işi qısamüddətli deyil,  uzunmüddətli prespektivə əsaslanmalıdır. Gənclər özlərini, dövrün tələbinə uyğun hazırlamalıdırlar.
Bu gün Azərbaycanda siyasi proseslərlə məşğul olanlar, siyasətdə aktiv olan insanlar var, sayları çoxdur. Çox təəssüf ki, Azərbaycanda real siyasətçi azdır. İqtidarda ölkə başçısından başqa bir neçə adamı çıxmaq şərti ilə siyasətçi görmürəm.
İstər dünyada, istərsə də Azərbaycanda baş verən hadisələri kökdən təhlil edən bir siyasətçi tapmaq mümkün deyil. Liderin işi istənilən situasiyadan çıxış yolunu tapmaqdır.

İndiki siyasətçilər klub səviyyəsindədirlər. Yəni bir qədər tərəfdar toplayıb məsələləri müzakirə edirlər. Bu səbəbdən Azərbaycanda ciddi siyasi partiyalar yoxdur.

Azərbaycanda siyasətçi yox, özünü siyasətə və ictimai-siyasi proseslərə pərçim edənlər var. Bunun acı nəticəsini cəmiyyət çəkir. İnsanlar xəyal qırıqlığı ilə üzləşirlər. Onlar qısa korporativ maraqları üçün çalışırlar və sonda da siyasətə pərçim olanlar siyasətin irəli getməsinə mane olurlar. Bu gün ilk növbədə siyasətə pərçim olanlardan xilas olmaq lazımdır. Onların pafoslu, populist fikirləri ölkəni irəliyə deyil, geriyə aparır”.



Oxu.az saytının müxbiri Aqşin Kərimov siyasətdə yalan danışmağın və ya faktlar, proseslərə dair fikirlərlə manipulyasiyalar edərək fikir yürütməyin normal və təəccüb doğurmayan bir hal olduğunu vurğulayıb:

“Bəzi siyasətçilərimiz yalanı və ya eşitdiyi iddianı da düz-əməlli, faktlarla zənginləşdirib ortaya normal fikir qoya bilmir, çünki onların elektoratına bu, lazım deyil. Elektorat sorğulamayanda isə siyasətçi yalanı-yalana calayır və reytinq naminə istənilən şəxsi, istənilən qurumu yeri gəldi-gəlmədi qaralayır. Bəzi siyasətçilər isə səmimi hisslərini dilə gətirə bilər.

Tural Abbaslının adını çəkə bilərəm. Amma nə olursa olsun, özü haqqında hay-küyçü, “ura”, “halaldır”, “oğulsan”, “filankəsi darmadağın etdin” tipli ifadələrin yaranmasına rəvac verən xarizma və fikirlərə sahibdir. Ona görə də, hazırda sosial şəbəkələrin fenomeni olsa da, onu cəmiyyəti irəli aparacaq siyasətçi kimi görmürəm.

ReAl Partiyasının sədri İlqar Məmmədov isə qarışıq siyasi lider xarizmasına sahibdir, həm auditoriya qazanmaq istəyir, bu yolda təhqirlərdən belə çəkinmir, həm də özü haqqında müxalifətin intellektual kəsimi fikrini formalaşdırmaq istəyir. Açığı, orta xətti tutub, amma cəmiyyət belə qızıl ortaya münasibətdə immunitet formalaşdıra bilməyib.
Tofiq Yaqubluya keçmiş döyüşçü kimi hörmət edirəm, amma o adamı intellektual siyasət meydanında görməkdə çətinlik çəkirəm.
Müsavat başqanı Arif Hacılı isə çox primitiv yanaşmalar nümayiş etdirir, bilərəkdən edirsə, təəssüflənirəm, bilməyərəkdən edirsə, yenə təəssüflənirəm.

AXCP sədri Əli Kərimlinin nitqi, inandırıcılıq qabiliyyəti güclüdür, lakin sorğulayanda onun da xeyli manipulyasiyalar etdiyini görərik.
YAP-çı siyasətçilərdən də manipulyasiyalar görürük, hakimiyyətin istənilən addımına haqq qazandırır, hamının əleyhinə işləyən qərarları malalamağa çalışırlar.
Siyavuş Novruzov debatlıq siyasətçi deyil, çünki bunun üçün yetərli güclü siyasi bazası yoxdur.
Elman Nəsirov isə fərqlidir, təmkinlidir və faktlarla danışmağı sevir.
ADP sədri Sərdar Cəlaloğlu savadlıdır, lakin debat mədəniyyəti demək olar ki yox səviyyəsindədir. Çıxış və yanaşma olaraq İqbal Ağazadənin fikirləri maraq doğurur, amma kim zəmanət verə bilər ki, o da yalan danışmır?
Müsavat Partiyasının lideri İsa Qəmbər soyuqqanlıdır, debatda, müzakirələrdə səs tonunu qaldırmır. Arqumentləri inandırıcıdır, inandırıcı olmayan zamanlarda isə asanlıqla manipulasiya etmək bacarıqlarına malikdir.
Bir sözlə, siyasət yalan danışmağı sevir”.



"Teleqraf.com" saytının əməkdaşı Nemət Orucov hazırkı dövrdə bütün siyasətçilərin hay-küy yaradaraq, gündəmdə qalmağa çalışdığını bildirib:

“Onları təsnifatlaşdırmaq istəməzdim. Ancaq mütləq əksəriyyəti günlərini bu formada yola verirlər. Səbəb də odur ki, ya siyasi gündəm yoxdur, ya da gündəm yarada bilmirlər. Bu halda populizmə meyl baş verir. Təəssüf edirəm ki, siyasət populistlərin peşəsi səviyyəsinə enib. Hamısı eyni cür fəaliyyət göstərir. 3-5 nəfərin adını çəksəm, digərlərinin adı çəkilməsə, bu ədalətsizlik olar”.



AzPost.info-nun baş redaktoru Xaqani Səfəroğlu da fikirlərini bizimlə bölüşüb:


“Siyasətçilərin işi danışmaqdır. Yalan və doğru danışdıqlarını verdikləri vədlərin həyata keçməsi zamanı və rəqibləri ilə debatlarda bilmək olur. Konkret hansısa siyasətçinin adını çəkmək üçün əlimizdə fakt olmalıdır. Amma bəzi siyasətçilər sosial şəbəkədə tanınmaq və tərəfdar cəlb etmək üçün populist vədlər verirlər. Siyasətçi baş verən hadisəni təhlil etməli deyil, hadisə və siyasi proses yaratmalıdır. Bizdə yeni nəsil siyasətçilər daha çox politoloq və siyasi icmalçı kimi çıxış edirlər. Siyasi meydan zəif olduğu üçün siyasi polemikalar da kasaddır və bu da "şüar qəhrəmanları" üçün fürsət yaradır”.



“Şərq” qəzetinin əməkdaşı İsmayıl Qocayevin fikirlərinə nəzər salaq:


“Siyasətdə kiminsə “hay-küylü”, “qışqıran adam” obrazında təqdim olunmasının və buna görə tənqidə məruz qalmasının tərəfdarı deyiləm. Siyasətçi yeri gələndə qışqırmalı, ucadan danışmalı, hətta bəzən yumşaq formada yalan söyləməyi də bacarmalıdır. Ümumiyyətlə, düşünürəm ki, bir adam siyasətə atılıbsa, hökumətin, 10 milyonluq xalqın idarəsinə namizəddirsə, qətiyyən sus-pus şəkildə bir küncdə əyləşməli deyil, hər mənada özünü göstərməli, gündəmdən düşməməlidir. Çünki siyasətçi, partiya rəhbəri ilk növbədə cəmiyyət arasında tanınmalıdır. Özünə dəstək toplamalı, sosial bazasını genişləndirməli, ona inananların, güvənənlərin sayını artırmalıdır. Əks halda,  seçkilərə necə qatılacaq, səs faizini necə artıracaq?

Bu mənada fərqli sosial platformalar siyasətçilərin köməyinə gəlir. Siyasət spesifik xüsusiyyətlərə malik olmaqla yanaşı, canlı, dinamik sahə hesab olunur. Gündəmlə, müasir tələbələrlə ayaqlaşmaq vacibdir. Bir küncə çəkilib, başını aşağı salıb, masa başında tədqiqatlarla məşğul olanlar isə yəqin ki, siyasətşünaslar, siyasət elmi ilə məşğul olanlardır. Fəal siyasət isə tamamilə başqadır. Həm də əksər hallarda ictimaiyyət özü tələb edir ki, partiya rəhbərləri, siyasətçilər daha aktiv olsunlar. Yəni tərif yox, daha çox tənqidi məqamları dilə gətirsinlər. Əgər kimsə həqiqətən yalançı və quru hay-küyçüdürsə, buna görə də narahat olmağa dəyməz, çünki tədricən öz dəstəkçisini itirəcək və ona qulaq verən qalmayacaq”.



Etikxəbər.az saytının rəhbəri Kamil Həmzəoğlu son illər gənclərin siyasətdə bir qədər fəallaşdığını vurğulayıb:

“İstər iqtidar olsun, istərsə də müxalifət - hər birində gənclər fəaldır. Gənclər üzə çıxmağa çalışırlar, lakin hər iki cəbhədə müəyyən problemlər var. Yeni nəslin ortaya çıxmasına o qədər də yaxşı yanaşmayan qüvvələr  var. Söhbət həm hakim qüvvələrdən, həm də orta mövqedə dayananlardan gedir.

Təəssüf ki, siyasətə atılan müəyyən qrup gənclərdə 80-90-cı illərdə olan ehtirası, fəallığı görə bilmirik. Hamı ən asan yola qaçmağa çalışır. Lakin siyasət meydanı heç də asan bir məkan deyil.

Ümumiyyətlə, siyasətdə özünü göstərmək istəyən şəxslər gərək mübarizənin hər bir üsuluna, hər bir döyüşünə hazırlıqlı olsun. Təbii ki, proseslər nə qədər rahat məcrada getsə, ölkəmizin inkişafına da bir o qədər təsir edər. Siyasi təlatümlərdən uzaq olmaq, düşüncələrimizdə inqlab etmək zamanıdır. Mən arzu edirəm ki, siyasətçilərimiz daha çox yeni texnologiyaları mənimsəsinlər, nəinki bir-birlərini təhqir etsinlər, böhtan yağdırsınlar. Açıq danışsaq, hazırda siyasətdə olan o qədər insanlar var ki, mən onları ciddi sima hesab etmirəm. Onlar keçicidirlər. Bu gün siyasətdədirlər, sabah olmayacaqlar. Onlar unudulacaqlarını bilirlər, lakin nə ilə isə yadda qalmağa çalışırlar.
Biz artıq dövlətimizin, xalqımızın inkşafına müsbət təsir göstərəcək məqamlar uğrunda çalışmalıyıq”.

 

Mehri Qurban

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən minatəmizləmə ilə bağlı FƏRMAN 16 Sentyabr 2021, 15:48 Jurnalist ev dustaqlığına buraxılmadı 16 Sentyabr 2021, 16:00 Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı - VİDEO 16 Sentyabr 2021, 15:54 Hər iki doza vaksin vurduranların sayı 3 milyonu ötdü 16 Sentyabr 2021, 15:43 Yoluxma kəskin azaldı - 32 nəfər öldü 16 Sentyabr 2021, 15:38 Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında! 16 Sentyabr 2021, 15:36 Avropa Parlamenti Rusiyanı “1 nömrəli təhdid” ELAN ETDİ 16 Sentyabr 2021, 15:33 XTQ ilə bağlı memorandumun əhəmiyyətindən danışıldı 16 Sentyabr 2021, 15:33 “Azəriqaz” Salyanda 9 yaşayış binası qazlaşdırdı - FOTOLAR 16 Sentyabr 2021, 15:30 Putinlə yola getməyən “Avropa Kraliçası”nın sirli yüksəlişi  16 Sentyabr 2021, 15:30 İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub 16 Sentyabr 2021, 15:27 Prezident yol təmirinə 5 milyon manat ayırdı 16 Sentyabr 2021, 15:22 Moskvada halal kəndlər yaradılır 16 Sentyabr 2021, 15:16 “Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34
SORĞU Hansı vaksinə etibar edirsiniz?