Arxiv
12 İyul 2021, 14:25 | ANALİTİKA
Moldova bu seçki ilə xroniki siyasi böhrandan çıxdı - ŞƏRH

Moldovada dünən keçirilən növbədənkənar parlament seçkilərində prezident Maya Sandunun partiyası (Fəaliyyət və Həmrəylik - PAS) 52,72% səs toplayaraq parlamentdə çoxluq formalaşdırmağa nail oldu. Onun əsas rəqibi - keçmiş prezidentlər Voronin və Dodon tərəfindən yaradılan Kommunist-Sosialist bloku 27,22% səs topladı. 5%-lik baryeri aşa bilən üçüncü və sonuncu partiya isə bank oğurluğuna görə məhkum olunmuş və ölkədən qaçmış İlan Şor adlı iş adamının Şor Partiyası oldu (5,75%).

Beləliklə, 101 yerdən ibarət parlamentdə PAS 63 mandat, rəqibləri isə 38 mandat əldə etdilər.

Modern.az-ın məlumatına görə, Moldovadakı seçkilərin nəticələrini şərh edən siyasi icmalçı Şahin Cəfərli deyib ki, bu, ölkədə illərdir davam edən siyasi xaosa son qoymaq baxımından çox mühüm nəticədir.

“Moldova cəmiyyəti ideoloji və geosiyasi zəmində iki antoqonist qütbə (rusiyayönümlü - qərbyönümlü) ayrılmış toplum görüntüsündə idi və son illər heç bir tərəf parlamentdə stabil çoxluq yarada bilmirdi. Korrupsion razılaşmalar əsasında situativ ittifaqlar yaranırdı, lakin uzunömürlü olmurdu. Bundan əvvəlki prezident - İqor Dodon ölkəni Avrasiya İqtisadi İttifaqına aparmağa çalışırdı və Moldova bu qurumda müşahidəçi statusu da almışdı. Maraqlıdır ki, onu tormozlayan əsas institut Konstitusiya Məhkəməsi oldu. Köhnə parlamentdə Sosialistlər-Şor ittifaqı çoxluq yaratmışdı və erkən seçki təyin olunmasını əngəlləmək istəyirdilər ki, Maya Sandu kukla prezident kimi qalsın,  öz vədlərini gerçəkləşdirə bilməyərək nüfuzdan düşsün. Lakin onların bu cəhdlərinin də qarşısını Konstitusiya Məhkəməsi kəsdi”.

Ş.Cəfərlinin sözlərinə görə, son prezident və parlament seçkilərinin nəticələri göstərir ki, Moldova toplumu yorulub və artıq əksəriyyət etibarilə geosiyasi amillərlə seçim etməkdən daha çox, ağır sosial-iqtisadi problemləri həll edə biləcəyinə inandığı liderə və partiyaya səlahiyyət verməyə meyllənib.

“Bunu Maya Sandunun partiyasının Qaqauziya və separatçı Dnestr regionu istisna olmaqla, ölkənin hər yerində, o cümlədən Dodonun rayonu Kalaşari və Voroninin rayonu Dubossarıda açıq fərqlə qalib gəlməsi də sübut edir. (Qaqauz Yerində kommunist-sosialist bloku 80%-dən çox səs alıb.) Sandunun zəfərində Avropada yaşayan və işləyən Moldova vətəndaşlarının da böyük rolu var. Onlar prezident seçkilərində olduğu kimi, dünən də Avropanın müxtəlif şəhərlərindəki Moldova səfirlik və konsulluqlarına axışaraq (203 min nəfər) fəal şəkildə səsvermədə iştirak etdilər və PAS-a səs verdilər. Diaspor artıq Moldova siyasətinə təsir göstərən real gücə çevrilib”.

Ekspert xatırladıb ki, Moldova parlament respublikasıdır. Qanunverici orqanda çoxluq prezidentə öz proqramını rahat şəkildə həyata keçirmək imkanı verəcək.

“Moldovanın avrointeqrasiyası sürətlənəcək. Gürcüstan və Ukrayna ilə müqayisədə Moldova bu baxımdan daha əlverişli vəziyyətdədir: əvvəla, ona görə ki, Rusiya ilə quru sərhədinə malik olmamaq Dnestrdəki separatizmi daha "yumşaq" edir, bu regionun əsas xarici ticarət tərəfdaşı Avropa Birliyidir, sakinlərinin də yarısından çoxu Moldova və Ukrayna pasportları daşıyır. İkincisi, Moldovanın Rumıniya kimi himayəçisi var və gələcəkdə əhalinin əksəriyyəti tələb edərsə, Rumıniyaya birləşib, avtomatik Avropa Birliyi və NATO məkanının bir parçası olmaq şansı da mövcuddur. Artıq Moldova vətəndaşlarının dörddə birindən çoxu Rumıniya pasportuna sahibdir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik ediləcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30
SORĞU Hansı vaksinə etibar edirsiniz?