Arxiv
14 İyul 2021, 17:50 | ANALİTİKA
Putin, Zelenski və Avakovu nə birləşdirir, nə ayırır?

Ukraynada 3 mövzu diqqət mərkəzindədir. Birincisi, Rusiya prezidenti Vladimir Putinin Ukrayna haqqında yazdığı geniş məqalə müzakirə olunur. İkincisi, Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya səfərinin nəticələri barədə fikir mübadiləsi davam edir. Üçüncüsü, 7 il nazir olan erməni əsilli Arsen Avakov daxili işlər naziri vəzifəsindən istefa verdiyini açıqlayıb.


Modern.az
xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi Ukraynadakı vəziyyəti təhlil edib.

Təhlil yazısında bildirilir:

- Ukraynalı ekspertlər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin geniş məqaləsində yenə Ukrayna adlı dövlətin olmadığını sübut etməyə çalışıb. Məqaləsində bir tərəfdən “biz bir xalqıq” tezisini ortaya atan Kreml sahibi o biri tərəfdən Ukraynanın tarixi Rusiya ərazisi olduğunu iddia edib.


Bəs hazırkı şəraitdə Putini Ukrayna haqqında geniş məqalə hazırlamağa nə məcbur edib?


Aydındır ki, tarixi məqamlarla bol olan həmin geniş məqaləni Putin şəxsən yazmayıb. Putinin buna vaxtı yoxdur. Həmin yazı bir qrup rusiyalı tarixçi və siyasi ekspertin kollektiv məhsuludur. Sadəcə, Kreml sahibinin tapşığırı belə olub ki, yazı Ukraynanın tarixən Rusiyaya bağlılığını ortaya qoymalıdır, Ukraynanın tarixi gücünə və müstəqilliyinə işarə edən amillər isə nəzərə alınmamalıdır.


Ukrayna müstəqilliyinin 30 illiyinə hazırlaşır. Putin də son yazısıyla göstərmək istəyib ki, guya Ukrayna adlı dövlətin gələcəyi yoxdur. Maraqlıdır ki, Kreml sahibi məqaləni həm də Ukrayna dilində yayınlayıb. Bunun özü onu göstərir ki, Rusiya prezidenti Ukrayna xalqının və dilinin var olduğunu və bu dilin rus dilindən fərqləndiyini etiraf edib. Putin Ukraynanın Rusiyadan üz döndərdiyinə və Qərblə əməkdaşlığından narazıdır. Ancaq bunun əsas günahkarı özüdür. “Qardaşım məndən niyə imtina etdi” sualı üzərində Krımı ilhaq etmədən və Donbass separatçılarına dəstək vermədən əvvəl düşünmək lazım idi.


Bu arada, Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya səfəri ətrafında müzakirələr genişlənib. Kiyev Almaniyanın Rusiya ilə birgə “Şimal axını – 2” boru xəttinin tikintisindən narazıdır. Bu layihə Ukrayna əleyhinə yönəlib. Buna baxmayaraq, Berlin bu layihədən imtina etmək istəmir, Kiyevə sadəcə onu vəd edir ki, Ukraynaya kompensasiyasız qalmayacaq. Almaniyanın kansleri Angella Merkel vəzifəsini ötürməyə hazırlaşır. Ancaq yeni kansler olacaq Armin Laşet də Merkel kimi “Şimal axını – 2” layihəsindən imtina etməyi düşünmür.


Hər halda Zelernski öz sözünü Berlində dedi. Anqella Merkel Vaşinqtona səfərə hazırlaşır. Onun ardınca Zelenski də Vaşinqtona səfər edəcək. Ukrayna prezidenti ümid edir ki, Vaşinqton Berlini yola gətirəcək. Ancaq ABŞ prezidenti Co Bayden Almaniyaya mane olmağın mümkünsüzlüyünü etiraf edib, çünki boru xəttinin az qala 95 faizi inşa edilib. Kiyevlə Vaşinqtona bundan sonrasını düşünməlidirlər ki, Moskva yeni layihədən Ukrayna əleyhinə istifadə edərsə, buna qarşı hansı birgə addımlar atılacaq.


Arsen Avakovun istefa qərarı ukraynalı ekspertlər üçün gözlənilməz oldu. Bəlli idi ki, prezident Vladimir Zelenskinin Avakovdan xoşu gəlmir, ancaq onu istefaya göndərməyə risq etmirdi. Təsadüfi deyil ki, Arsen Avakov yeganə nazir idi ki, postunu 7 il qorumuşdu, o 2014-cü ilin fevral ayından nazir idi. Buna baxmayaraq, yayılan xəbərlərə görə, Avakov prezidentin xahişi ilə istefaya gedir. Demək, ikili arasında qapalı görüş olub. Zelenski Avakovun yerinə nazir postuna tərəfdarı və parlamentdəki komitə rəhbəri Denis Monastırskinin namizədliyini irəli sürüb. Daxili İşlər Nazirliyi yeganə struktur idi ki, Vladimir Zelenski ora nəzarət edə bilmirdi. O Avaklovu istefaya məcbur etməklə bu struktura da nəzarəti əlinə keçicərək.


Bəs Arsen Avakov nə ilə məşğul olacaq?


Bəzi xəbərlərə görə Avakovun prezidentlik iddiası var. O 2024-cü ildə namizədliyini irəli sürmək istəyir. Arsen Avakov rusillidir, Xarkovda yaşayıb. Ancaq Avakov eyni zamanda Rusiyanın tənqidçilərindəndir. Yəni bəzilərinin fikrincə, o həm Ukraynanın mərkəzində, həm də Qərbində müəyyən qədər səs ala bilər. Ancaq ukraynalıların erməni əsilli siyasətçiyə səs verəcəyi proqnozlaşdırmaq çətindir. Bu həm də o siyasətçidir ki, daima Ukraynanın tərəfdaşı – Türkiyə əleyhinə siyasət aparıb, Ukrayna parlamentində “erməni soyqırımı” qətnaməsinin qəbulu təşəbbüsünün “xaç atası” olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda hər iki dozanı vurduranların sayı 3 milyonu ötdü 16 Sentyabr 2021, 15:43 Yoluxma kəskin azaldı - 32 nəfər öldü 16 Sentyabr 2021, 15:38 Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında! 16 Sentyabr 2021, 15:36 Avropa parlamenti Rusiyanı “1 nömrəli təhdid” ELAN ETDİ 16 Sentyabr 2021, 15:33 Xüsusi təyinatlılarla bağlı memorandumun əhəmiyyətindən danışıldı 16 Sentyabr 2021, 15:33 “Azəriqaz” Salyanda 9 yaşayış binası qazlaşdırdı - FOTOLAR 16 Sentyabr 2021, 15:30 Putinlə yola getməyən “Avropa Kraliçası”nın sirli yüksəlişi  16 Sentyabr 2021, 15:30 İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub 16 Sentyabr 2021, 15:27 Prezident yol təmirinə 5 milyon manat ayırdı 16 Sentyabr 2021, 15:22 Moskvada halal kəndlər yaradılır 16 Sentyabr 2021, 15:16 “Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26
SORĞU Hansı vaksinə etibar edirsiniz?