Modern.az

Əcnəbi tələbələr Azərbaycanda ən çox bu universitetlərdə oxuyurlar - SİYAHI

Əcnəbi tələbələr Azərbaycanda ən çox bu universitetlərdə oxuyurlar - SİYAHI

15 İyul 2021, 13:30

Ötən tədris ilində ali təhsil almaq üçün Azərbaycana üz tutan əcnəbilər ən çox Tibb Universitetinə üstünlük veriblər. 

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, əcnəbi tələbələrin üstünlük verdiyi universitetlər aşağıdakı kimi sıralanıb: 

 

2020-2021-ci akademik ili üzrə: 

 

1. Azərbaycan Tibb Universiteti

2. Naxçıvan Dövlət Universiteti

3. Azərbaycan Memarlıq və İnşaat Universiteti

4. Azərbaycan Dövlət İqtisad Universiteti

5. Bakı Dövlət Universiteti 

 

Xaricdən Azərbaycana təhsil dalınca gələnlərin ən çox üstünlük verdiyi  ixtisaslar isə tibb, texniki və texnoloji ixtisaslar, səhiyyə, rifah və xidmət ixtisasları, humanitar və sosial ixtisaslar hesab edilir.

 

Təhsil Nazirliyindən sorğuya verilən cavabda o da qeyd edilib ki, əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Türkmənistan, Hindistan və Pakistan vətəndaşları Azərbaycan ali təhsil müəssisələrində təhsilə daha çox maraq göstərirlər.

 

Hazırda 2021/22-ci tədris ili üçün müraciət dövrüdür. Bu il əcnəbi tələbələrin hansı universitetləri və ixtisasları seçəcəyi növbəti akademik il üçün qəbul başa çatdıqdan sonra, yəni oktyabr-noyabr aylarında məlum olacaq.

 

Ötən il isə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı 6500-ə yaxın olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir