Modern.az

Avropadakı daşqınlardan zərər çəkən soydaşımız yoxdur  - Dövlət Komitəsi

Avropadakı daşqınlardan zərər çəkən soydaşımız yoxdur  - Dövlət Komitəsi

Diaspor

17 İyul 2021, 19:10

Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri insanların həyatı üçün ciddi narahatlıq yaradıb. 

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Dövlət Komitəsi Almaniya, Belçika və Niderlandda baş verən təbii fəlakətlə bağlı Koordinasiya Şuraları vasitəsilə bu ölkələrdə yaşayan soydaşlarımızla mütamadi olaraq əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır.

 

Hazırda hadisə nəticəsində azərbaycanlıların xəsarət alması və ya  zərər çəkməsi ilə bağlı  heç bir məlumat yoxdur. 

 

Soydaşlarımızdan xahiş edirik ki, ehtiyac olduğu təqdirdə Diasporla İş üzrə Dövlət Komitəsinə və  Koordinasiya Şuralarına müraciət edə bilərlər.

 

//diaspor.gov.az/elaqe/

//diaspor.gov.az/ev/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?