Modern.az

Ərdoğan Ruhani ilə bayramlaşdı

Ərdoğan Ruhani ilə bayramlaşdı

Dünya

21 İyul 2021, 23:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonla danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

 

Xəbərə görə, hər iki ölkənin lideri müsəlmanların Qurban Bayramı münasibətilə qarşılıqlı olaraq bir-birilərini təbrik ediblər.

 

Prezidentlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

 

Prezident Ərdoğan bildirib ki, Ruhani ilə indiyədək davam edən yüksək səviyyəli əməkdaşlığı və dialoqu İranda prezident vəzifəsini öz üzərinə götürəcək yeni rəhbərliklə də davam etdirəcəklərinə inanır.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü