Modern.az

Spikerlərin Şuşa səfəri - FOTOREPORTAJ

Spikerlərin Şuşa səfəri - FOTOREPORTAJ

29 İyul 2021, 13:28

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşa şəhərinə səfər ediblər. 

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətləri Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini və digər məkanları ziyarət ediblər. Qonaqlar işğal dövründə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar. 

 

Nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir