Modern.az

Vətən müharibəsi qazisi ziyarət olundu

Vətən müharibəsi qazisi ziyarət olundu

Aktual

30 İyul 2021, 17:30

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edən və döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də diqqət mərkəzində saxlanılır.

 

Naftalan şəhərinin Qasımbəyli kəndindən olan Vətən müharibəsi qazisi İlkin Tağıyev Mərkəzi Hərbi Klinik hospitalında növbəti dəfə əməliyyat olunub, evinə dönüb. Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri qazimizi və ailəsini ziyarət edib. İcra başçısı tərəfindən qazimizə ərzaq payı, əl əsası göndərilib, mövcud problemlərinin həlli istiqamətində müvafiq köməklik, maliyyə dəstəyi olunub.

 

İlkin Tağıyev və ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı