Modern.az

Vaksinasiyadan keçənlərin sayı açıqlandı

Vaksinasiyadan keçənlərin sayı açıqlandı

2 Avqust 2021, 16:20

Azərbaycanda son sutkada 844 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 649 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 195 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 5041622 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2924126 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2117496 nəfərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi