Modern.az

Marmaris bölgəsində yanğınlar şiddətlənib

Marmaris bölgəsində yanğınlar şiddətlənib

Dünya

2 Avqust 2021, 21:54

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yanğınlar şiddətlənib.

 

Modern.az xəbər verir ki, hava şəraiti söndürülmüş ocaqlarda soyutma və lokallaşdırma işlərini çətinləşdirib. Bəzi sahələrdə yenidən alov güclənib.

 

Məlumata görə, Hisarönü məhəlləsində yanğının yaşayış sahəsinə yaxınlaşması əhalini təşvişə salıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğısöndürən-xilasedici heyətdən ibarət birinci qrupu həmin bölgədə fəaliyyət göstərir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!