Modern.az

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

Aktual

3 Avqust 2021, 16:04

ABŞ "LSE - 2021" (Large Scale Exercise 2021) genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Hərbi Dəniz Qüvvələri yayıb.

 

Məlumatda deyilir ki, sözügedən təlimlər ABŞ Hərbi Dəniz Qüvvələrinin Soyuq müharibədən buyana həyata keçirdiyi ən nəhəng təlimdir. Belə ki, ən son bu cür genişmiqyaslı təlim 1981-ci ildə keçirilib. 

 

Genişmiqyaslı təlimlər eyni anda 17 saat qurşağında keçiriləcək və 16 avqusta kimi davam edəcək. Həmçinin qeyd olunur ki, təlimlərə təqribən 36 döyüş gəmisi də cəlb olunub.

 

Həmçinin qeyd olunur ki, təlimlər Rusiya və Çinə ABŞ-ın eyni anda təcavüzə cavab verə biləcəyini göstərməlidir. 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar