Modern.az

Kamran Əliyev Naxçıvanda görüş keçirdi - FOTO  

Kamran Əliyev Naxçıvanda görüş keçirdi - FOTO  

Aktual

5 Avqust 2021, 19:17

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, eləcə də Sədərək Rayon Prokurorluğunda yaradılmış şəraitlə tanış olub, əməkdaşlarla görüş keçirib.

 

Xidməti vəzifələrini nümunəvi icra edərək səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə bir qrup əməkdaş “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunların tələblərinə uyğun olaraq, “Prokurorluğun fəxri işçisi” döş nişanı, “Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı” ilə təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü