Modern.az

Bu fənlər üzrə vakansiya seçimi başa çatır  

Bu fənlər üzrə vakansiya seçimi başa çatır  

Təhsil

13 Avqust 2021, 09:37

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində biologiya, musiqi, ingilis və rus dilləri fənləri üzrə vakansiya seçimi bu gün yekunlaşır.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, namizədlər avqustun 13-ü saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlərin bu mərhələdə iştirak hüququ var.

 

Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində onların iştirakı təmin olunmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür