Modern.az

Naxçıvanda 132 nəfərə pensiya təyin olundu

Naxçıvanda 132 nəfərə pensiya təyin olundu

İqtisadiyyat

19 Avqust 2021, 13:27

Muxtar respublikada 108-i yaşa, 9-u əlilliyə, 15-i ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 132 nəfərə əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşların 78-i kişi, 54-ü isə qadındır.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

 

Qeyd olunub ki, fond tərəfindən muxtar respublikada əmək pensiyası və müavinətlərin vaxtında ödənilməsi üçün 15 milyon 283 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılıb. Həmçinin məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin  şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 281 min manat vəsait köçürülüb. 

 

Ümumilikdə, ötən ay müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 10 milyon 576 min 500 manat vəsait yığılaraq Fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 67,9 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?