Modern.az

\"Azəriqaz\"dan daha bir yenilik - VİDEO

\

19 Avqust 2021, 17:16

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub.

 

Bu barədə Modern.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

 

Qeyd olunub ki, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır. Abonent məmnuniyyətini hər zaman yüksək tutan “Azəriqaz” İstehsalat Birliyi abonentlərin bu məsələ ilə bağlı narazılıqlarının aradan qaldırılması üçün daha bir yenilik tətbiq etdi. Artıq hansısa ünvanda quraşdırılan qaz sayğacının dövri yoxlama müddəti bitibsə, yəni sayğacın dəyişmə vaxtı çatıbsa, Birlik tərəfindən abonentin mobil telefonuna sms vasitəsilə bildiriş göndəriləcək.

 

Daha ətraflı sosial şəbəkə ünvanından video materialı izləyə bilərsiz:

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir