Arxiv
23 Avqust 2021, 16:44 | HADİSƏ
“Özünü yığışdır, Əziz Ələkbərli!” - Qafar Çaxmaqlıdan deputata CAVAB

Avqustun 20-də Modern.az saytında dərc edilən “Ermənişünas alim: “Arazdəyən tarixi Azərbaycan torpağıdır”” başlıqlı məqalə deputat Əziz Ələkbərli və alim Qafar Çaxmaqlı arasında mübahisəyə səbəb olub.


Belə ki, saytda məqalənin dərc edilməsindən sonra əslən Qərbi Azərbaycanın Vedi mahalından olan deputat Əziz Ələkbərli Qafar Çaxmaqlının səsləndirdiyi “Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub" fikirlərinə etiraz edib.


Əziz Ələkbərlinin fikirləri Modern.az-da və digər media orqanlarında yayımlanandan sonra Qafar Çaxmaqlı saytımıza müraciət edərək, tənqidlərə cavabının dərc olunmasını xahiş edib.


Qafar Çaxmaqlının Modern.az-a müraciətini olduğu kimi təqdim edirik:


“Saytınız fəaliyyətə başlayandan daim əməkdaşlıq içərisində olmuşuq. Sizin saytda mənim çox sayda köşə yazım, məqalə və açıqlamalarım dərc olunub və bu gün də  əməkdaşlığımız davam edir. Həmişə hesab eləmişəm ki, mənim adım gələn yerdə “Modern.az” ən azından sayğı ilə yanaşacaq. Bu gün saytda yer alan bir yazının başlığı məni üzdü: “Əziz Ələkbərli Qafar Çaxmaqlını savadsızlıqda ittiham etdi”.


Bir neçə gün əvvəl saytınızın əməkdaşı Aysel Aslana “vatsapp” üzərindən səsli olaraq verdiyim bir açıqlamada indiki Ermənistandakı Arazdəyən yaşayış yeri ilə bağlı fikirlərim yer alıb. Azərbaycan türklərinin məskun olduğu bu yerlə bağlı ötəri bir fikir bildirmişdim. Həmin açıqlamadan sonra deputat Əziz Ələkbərlinin də eyni məsələyə münasibətini yayınlamısınız... Ola bilər. Sözügedən mövzu indi də mənim üçün o qədər prinsipial məsələ deyil. Müxbir xanım aldığı müsahibədə  Arazdəyənin indi  ermənicə olan adını -“ Yerasx” kəlməsini yanlış da eşidə bilər.  Bir açıqlama yazısında bu ərazinin  hansısa məlikliyin ərazisi olduğu detalları ilə açılmaya da bilər.  Amma bunların Əziz Ələkbərliyə nə dəxli var?  Bu şəxsin etik normaları aşaraq, mənim dediklərimi “təftiş” etməsi, məni savadsızlıqda suçlaması və bu ifadənin başlığa çıxardılması başadüşülən deyil.  Bu adam “İrəvan Türk Cümhuriyyəti” elan olunandan bəri onu həzm edə bilmir. Dəfələrlə onunla söhbətlərimiz olsa da, Əziz müəllim qısqanclıq mərəzinə qalib gələ bilmir. Onun nəzərinə bunları  çatdırmışıq və guya ki, hər şeyi anlayıb. Lap bu yaxınlarda onunla rastlaşıb söhbət etmişəm,  həmin söhbətdə bir mövqe, aradan bir neçə gün keçəndən sonra başqa bir addım atması göstərir ki, bu adamın müstəqil fikri yoxdur, hansısa dairədən gələn tapşırıqları yerinə yetirmək öhdəliyi onu düzəlməyə qoymur. Ona deyən lazımdır ki, sənin bu  mənasız cəhdlərin heç nəyi dəyişdirməz. Mən istəmirəm “köhnə palan içi” töküb Qərbi Azərbaycandan olan qaçqınların bu gün düşdükləri  durumu (qaçqın statusunun ləğvindən tutmuş arxiv sənədlərinin məhv edilməsinə qədər) dəyərləndirim və ortaya çıxacaq acınacaqlı  mənzərədə bu işi 30 ilə yaxın monopoliyaya almış şəxsi və şəxsləri hədəf göstərim. Amma savadı “qıcqırmış” bu şəxsə xəbərdarlıq etmək istəyirəm. Özünü yığışdır Əziz Ələkbərli!  Kimə özünü göstərirsən? Sən kimsən ki, mənim yazdıqlarıma “qiymət”  verirsən? Sənin özünün savadının nə səviyyədə olduğunu bütün ictimaiyyət bilir.


Son dərəcə sayğı ilə yanaşdığım Modern.az saytını isə jurnalistika prinsiplərinə əməl etməyə çağırıram”.


P.S.
Modern.az İnformasiya Agentliyi olaraq hər iki tərəfin fikirlərinə sayğı ilə yanaşdıq və onların fikirlərini olduğu kimi dərc etdik. Hazırlanan məqalə jurnalistika peşə və etika qaydalarına uyğun şəkildə təqdim edilib və buna əsasən hər iki şəxsin mövqeyi də saytımızda əks olunub. Bizi suçlamaq istəyən dostların diqqətinə bir daha çatdırırıq ki, media orqanı olaraq üzərimizə düşəni etmişik. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55