Modern.az

Gündəlik yoluxma və ölüm sayı AZALDI

Gündəlik yoluxma və ölüm sayı AZALDI

Hadisə

30 Avqust 2021, 17:13

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1770 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 39 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 421103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 362898 nəfər müalicə olunaraq sağalıb, 5592 nəfər vəfat edib, aktiv xəstə sayı 52613 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11191 hazırkı dövrədək isə 4442244 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü