19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
1 Sentyabr 2021, 09:39 | TƏHSİL
Emin Əmrullayev yeddi rayonun sakinlərini qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev 10 sentyabr 2021-ci il saat 16:00-da Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Qeyd olunan rayonların sakinləri 1-8 sentyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

 

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

 

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

 

Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.

 

Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20 Bakıda yanğın: 10 nəfər təxliyə edildi 18 Oktyabr 2021, 19:16 Ceyhun Bayramov BQXK rəsmisini qəbul etdi - FOTO 18 Oktyabr 2021, 19:05 Son sutkada neçə nəfərə peyvənd vurulub? 18 Oktyabr 2021, 18:41 Daha 1245 yoluxma: 13 nəfər öldü 18 Oktyabr 2021, 18:38 Gəncədə müstəqilliyin bərpasının 30 illiyi qeyd olunub 18 Oktyabr 2021, 18:28 Azərbaycanın ixracı idxalı 700 milyon dollar ÜSTƏLƏYİR 18 Oktyabr 2021, 18:12 Xüsusi Təyinatlı Qüvvələrin təlimləri BAŞLADI 18 Oktyabr 2021, 18:00 İcra başçısı məhkəmədə ifadə verdi 18 Oktyabr 2021, 17:56 Qarabağa köçəcək sakinlərin heç bir problemi olmayacaq 18 Oktyabr 2021, 17:53 Ağacları kəsən tikinti şirkəti 15 min manat cərimələndi 18 Oktyabr 2021, 17:50 İsrail Azərbaycanı təbrik etdi 18 Oktyabr 2021, 17:44 Azərbaycanda 18 dövlət müəssisəsi hərraca çıxarılacaq 18 Oktyabr 2021, 17:38